171
Dünya miqyasında geniş şöhrət tapmış Azərbaycan xalçaları da Türkiyə muzeylərinin
gözəl incilərindən sayılır.
Azərbaycan xalçaları Türkiyədə dörd böyük muzeydə cəmlənmişdir. Bunlar
İstambulda Türk və İslam əsərləri muzeyində, Topqapı sarayı muzeyində və Xalça
muzeyində, Konya şəhərindəki Mövlanə muzeyindədir.
Türkiyədə saxlanılan ən qədim Azərbaycan xalçası XIII əsrə aiddir. Uzunu 254, eni
170 sm, ölçüdə olan bu nadir toxuculuq sənəti əsəri türk sənətşünaslarının verdiyi
məlumatlara görə əvvəllər Beyşəhərdə Əşrəf oğlu camesinin nəzir verilmiş xalçalarından
olmuşdur. 1932-ci ildə isə Konya şəhərindəki Mövlanə muzeyinə gətirilmişdir.
Türkiyədə saxlanılan orijinal sənətnümunələrimiz sırasına İzmirdə arxeoloji muzeydə
nümayiş nümayiş etdirilən mürəkkəb boyalı vazı da aid edə bilərik.
Dostları ilə paylaş: