Muzey 1999-cu ildə Naxçıvan şəhərində yaradılmışdır.
Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə
həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar,
məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və Iran Islam
Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin
surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan
vətəndaşların müraciətləri toplanılmışdır. Burada Heydər Əliyevə
məxsus şəxsi əşyalar da saxlanılır. Ümumilikdə muzeydə 2384
eksponat var. Muzeyin kitabxanasında ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar toplanılmışdır.
Muzeyin ünvanı: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 1