Muzey 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılmışdır. Sonrakı illərdə tarix-ölkəşünaslıq
muzeyi, 1968-ci ildən indiki adını daşıyır.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 45000 eksponat
Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır.
Ekspozisiya əsasən 3 qədim, orta əsrlər və müasir dövrü
əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli
əmək alətləri, paleolit və neolit dövrünün əşyaları, dən daşları,
obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar
Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta
əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu
Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir
oğlu türbəsinə və başqa memarlıq abidələrinə dair şəkilli
158
materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri,
xalq ustalarının gözəl əl işləri sərgilənir.
Muzeyin ünvanı: Naxçıvan şəhəri, İstiqlal küçəsi 9