***
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
Muzey 1967-ci ildə təşkil olunmuşdur. Xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə
dünyada ən böyük xalça kolleksiyasına malik, xalça sənəti üzrə ilk nüfuzlu, ixtisaslaşmış muzeydir.
Muzeyin kolleksiyasında öz kompozisiya və ornament quruluşuna, eləcə də rəng həllinə görə bir-
birindən seçilən, Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus
olan XVII-XX əsrlərə aid xalçalar saxlanılır. Muzeydə öz zərifliyi, rəsm və naxış elementləri ayrıntılarının
nəcibliyi, səthə taxılmış kimi görünən, toxunması belə hiss olunmayan elementləri, xırdalanmış cizgi rəsmləri,
yığcam rəng qammaları ilə seçilən "Pirəbədil", "Qımıl", "Sırt-Çiçi" və s. kimi Quba xalçaları, zərif cizgi rəsmi,
mürəkkəb ornamentləri ilə fərqlənən "Xilə-Buta", "Novxanı", "Fatmayi" və s. kimi Bakı xalçaları diqqəti çəkir.
Qədim Azərbaycan xalçalarına oxşayan "Muğan", "Şilyan" kimi Şirvan xalçalarında kompozisiyalar ciddi ritmlə
realizə edilir, onlar sakit kolorit üstünlüyü ilə səciyyələnir. Kolleksiyada yüksək kompozisiya ustalığı, geniş
fantaziya, kolorit əlvanlığı ilə diqqəti cəlb edən "Xanlıq", "Malıbəyli", "Ləmpə" kimi Qarabağ xalçaları, olduqca
böyük şərtiliyə əsaslanan "Faxralı", "Şıxlı", "Borçalı", "Qaçağan", "Qədim Göyçə", "Dəmirçilər" kimi Gəncə və
Qazax xalçaları xüsusi yer tutur. Dairəvi və ya spiralvarı plastik formaların dekoru ilə dünyanın əbədiliyi,
gözəlliyi və həyat ritmi haqqında təsəvvür yaradan Təbriz xalçaları ("Sərabi", "Əfşan", "Ləçəktürünc" və s.)
muzeyin qiymətli eksponatlarından hesab olunur. Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin qeyd
etdikləri xüsusiyyətləri kolleksiyadakı bu xalçalarda izləmək mümkündür. Muzeydə orta əsr ərəb tarixçilərinin
və Azərbaycan şairlərindən Nizaminin (XII əsr), Xaqaninin (XII əsr) məlumat verdikləri tipdə xalçaların
nümunələri də saxlanılır. Muzeyin kolleksiyasında olan xalçaların kompozisiya təsvirlərinə İntibah dövrünün bir
çox Avropa rəssamlarının əsərlərində rast gəlinir. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz
körpəsi ilə" tablosunda "Şirvan" xalçasının, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə" xalçasının,
alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir. Bundan
başqa muzeydə palaz, cecim, kilim, şəddə, zili, ladı, vərni və sumax daxil olmaqla, bir-birindən rəng çalarları,
çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalar, yaraşıqlı bəzək elementləri ilə toxunulmuş
məfrəş, xurcun, heybə, çanta, çul, xaral və s. kimi xalça məmulatları da toplanmışdır. Muzeyin ekspoziyasında
qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, zinət əşyaları və soyuq silahlar, üzərində oyma ilə
işlənmiş çini, şüşə, ağac və daş əşyalar, bədii tikmə və parça, kişi, qadın və uşaq milli geyimləri, zərif naxışlı
bədii metal məmulatlar və s. xalq tətbiqi sənəti nümunələri nümayiş etdirilir. Onların içərisində Tunc dövrünə
aid tunc və keramikadan düzəldilmiş, üzəri həndəsi və zoomorf naxışlarla bəzədilmiş qablar, silahlar, bəzək
əşyaları və s. arxeoloji nümunələr diqqəti daha çox cəlb edir.
155
Muzeydə Azərbaycan xalqının milli mədəniyyəti və incəsənətinin daşıyıcısı olan, əsrlər boyu yaratdığı
əvəzsiz xalça və digər tətbiqi sənət nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının əsərləri də
toplanmışdır.
Muzeyin eksponatları Azərbaycan dekorativ-tətbiqi sənətinin öyrənilməsində əsas mənbədir. Muzeydə
xalçanın azərbaycanlıların məişəti, gündəlik həyatı və etno-mədəni ənənələri ilə sıx bağlılığı, eləcə də xalça,
bədii
metalişləmə,
zərgərlik
nümunələrinin, tikmənin bədii
dəyəri və istiqamətləri, üslubi
156
opera «Leyli və Məcnun»un premyera-proqramı muzeyin ən qədim eksponatlarındandır. Muzeyə gələn
seyrçilərə milli teatr sənətinin sorağını Azərbaycanın hüdudlarından kənara çıxaraq bir çox sənətkarlardan geniş
söhbət açılır. XIX əsrin ortalarında əsərləri Fransa və Almaniyada nəşr olunan, Yaxın Şərqdə və Zaqafqaziyada
dramaturgiyanın banisi sayılan Mirzə Fətəli Axundova, sənət fədakarlığı baxımından dünya teatrlarına örnək ola
biləcək Hüseyn Ərəblinskiyə, müsəlman aləmində opera və operetta janrının əsasını qoymuş dünya şöhrətli
bəstəkar Üzeyir Hacıbəyova, İtaliyada musiqi təhsili almış ilk professional opera müğənnisi Bülbülə, Şövkət
Məmmədovaya həsr olunmuş guşələr də Azərbaycan teatr sənətinin inkişaf prosesində Şərq və Qərb
mədəniyyətinin sintezini nümayiş etdirir.
Muzeydə incəsənət əsərlərinin sərgiləri, mühazirə və disputlar təşkil edilir.
Muzeyin ünvanı: Bakı şəhəri, Neftçilər prospekti, 123a
Telefon :498-40-98
***
Dostları ilə paylaş: |