Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi (QAEMK) 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi
ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində
yaradılmışdır. Muzeyə gələnlər burada Qala kəndinin qədim tarixi ilə
tanış olurlar. Dünyanın açıq səma altında yaradılmış nadir
muzeyləridən olan QAEMK-da eramızdan əvvəl III minillikdən bu
günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar,
sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam
və sair canlı olaraq qorunub saxlanılmışdır. Dulusçuluq,
çörəkbişirmə sexləri orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir.
İki hektar ərazisi olan muzey kompleksdə Abşeron yarımadasında
tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər
dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və
bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair
yerləşdirilmişdir.