1988-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 600-dən çox tarixi-
memarlıq abidəsi, 12 muzey, 6 rəsm qalereyası, 927 kitabxana, 85 musiqi məktəbi, 4 dövlət teatrı qalmışdır.
İşğal olunmuş yerlərdəki mədəniyyət abidələri və obyektləri - xatirə-memorial kompleksləri, muzey-qoruqlar,
məscidlər, məqbərələr, məbədlər, tarixi əhəmiyyət daşıyan yaşayış binaları və s. talan edilərək dağıdılmışdır.
Kəlbəcər tarix-diyarşünaslıq muzeyi
1982-ci ilin sentyabrında yaradılmışdır. Ermənistanın işğalçı ordusu tərəfindən dağıdılmış muzeylər
içərisində yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarına görə ən zəngin muzeylərdən biri idi. Muzeydə
geologiya, arxeologiya materialları, maddi-mədəniyyət, incəsənət əşyaları toplanmışdı. Muzeyin həyəti 900 m
2
-
dən artıq sahəni tuturdu. Burada nadir bitki, o cümlədən ağac nümunələri, müxtəlif qaya təsvirləri, qoç və at