Mirzə Ələkbər Sabirin ev-muzeyi. Şamaxı şəhərində yerləşir. Muzeydə Azərbaycanın böyük satirik
şairi M.Ə.Sabirin həyat və yaradıcılığını əks etdirən eksponatlar: rəsm əsərləri, kitablar, müxtəlif sənədlər
nümayiş etdirilir, mütəmadi olaraq Sabir irsinə həsr olunmuş mədəni-kütləvi tədbirlər, yaradıcılıq gecələri,
Yazıçılar Birliyinin xətti ilə ənənəvi Sabir poeziya günləri və s. keçirilir.
Muzeyin ünvanı : Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, 28. Telefon :9-34-63
*** Səməd Vurğunun ev-muzeyi. 1975-ci ildə Bakıda açılmışdır. Eksponatlarının sayı 16000-dən çoxdur.
Ekspozisiyada şairin iş otağındakı yazı stolu, royal, onun şəxsi əşyaları ov tüfəngi, sazı, son əlyazmaları,
həmçinin kitablar, fotolar, sənədlər, S.Vurğuna həsr olunmuş məqalələr və s. nümayiş etdirilir. Muzeydə xatirə
günləri, görüşlər, poeziya saatı və başqa tədbirlər keçirilir. Qazaxın Yuxarı Salahlı kəndində S.Vurğunun
Poeziya Evi yaradılmışdır.
Muzeyin ünvanı: Bakı şəhəri , T.Əliyarbəyov küçəsi, 4 Telefon :493-56-52