Məmməd Səid Ordubadinin ev-muzeyi. Görkəmli ədibin ev-muzeyi 1979 ildə Bakıda yaradılmış, açılışı
1990-cı ildə olmuşdur. Əsas fondunda 1300-dən artıq eksponat var. Eksponatlar 3 bölmədə saxlanılır: xatirə
əşyaları, yazılı xatirələr, təsviri sənət. Muzeydə incəsənət əsərləri də vardır. Muzeyin giriş hissəsində
M.S.Ordubadinin büstü nümayiş etdirilir.
Muzeyin ünvanı: Bakı şəhəri ,Bülbül prospekti, 15 Telefon :493-50-85
*** Bülbülün ev-muzeyi. Azərbaycan professional vokal sənətinin banisi Bülbülün memorial muzeyi 1976-
cı ildə Bakıda yaradılmış, açılışı 1982-ci ildə olmuşdur. Muzeydə 9000-dən çox eksponat saxlanılır. 1982-ci ildə
muzeyin Şuşa şəhərində açılmış filialı 1992-ci ildə erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.
Həmin filialın maketi Bülbülün Bakıdakı ev-muzeyində saxlanılır.
Muzeyin ünvanı: Bakı şəhəri, Bülbül prospekti,15 Telefon :493-56-97 ***