Cəmşid Naxçıvanskinin ev-muzeyi. Muzey 1981-ci ildə Kəngərli xanları nəslinin nümayəndəsi,
Azərbaycan atıcı diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə
əlaqədar onun yaşadığı evdə yaradılmışdır. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən
fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və s.,
ümumiyyətlə 5229 eksponat nümayiş etdirilir. Bunların içərisində C.Naxçıvanskiyə, Azərbaycan atıcı
diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar və s. xüsusi yer tutur.
Muzeyin ünvanı: Naxçıvan şəhəri, Atatürk küçəsi, 6