152
Muzeydə ekspozisiya, elmi tədqiqat, elmi-kütləvi və fond işlərinin əsas istiqamətlərini tarix elminin son
illərdə əldə etmiş olduğu nailiyyətlərə və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə
əsaslanaraq ekspozisiyanın qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi təşkil edir. Muzeyin
fondlarında müxtəlif dövrlərə aid 250 mindən çox eksponat, 1920-ci ildə təşkil olunmuş zəngin kitabxanasında
isə, əsasən, XIX-XX əsrin birinci yarısına aid 80 mindən çox kitab, nadir qəzet və jurnal nüsxələri toplanmışdır.
Arxeologiya fond şöbəsində qorunan eksponatlar Azərbaycanın Paleolit dövründən son orta əsrlərədək
olan tarixinə aiddir. Burada daşdan düzəldilmiş əmək alətləri, misdən, tuncdan, dəmirdən hazırlanmış təsərrüfat
və məişət əşyaları, saxsı və gil qablar, bəzək şeyləri saxlanılır. Ötən əsrin 20-50-ci illərində Gəncədə, Dağlıq
Qarabağda, Şəkidə, Qəbələdə, Naxçıvanda, Qobustanda, Mingəçevirdə və b. yerlərdə aparılan arxeoloji
tədqiqatlar respublikanın ilk arxeoloji mərkəzi olan bu şöbənin adı ilə bağlıdır. Azərbaycanın ilk arxeoloqları
Davud Şərifov, İshaq Cəfərzadə, V.Leviatov, Saleh Qazıyev, Məhəmmədəli Hüseynov və başqaları əmək
fəaliyyətinə bu muzeydə başlamışlar. 60-cı illərdən arxeoloji işlərin aparılması, əsasən, AMEA-nm Tarix
İnstitutuna həvalə edilsə də, muzey yeni bir sahənin sualtı arxeoloji tədqiqatların mərkəzinə çevrilir, 1968-72-ci
illərdə Xəzərin bir sıra yerləri tədqiq olunur və zəngin maddi mədəniyyət nümunələri aşkar edilir.
Numizmatika və Heraldika fond şöbələrində müxtəlif dövrlərə dair təqribən 150 min ədəd sikkə və pul
qorunur. Fondlarda həmçinin orden, medal və nişanlar, möhürlər, poçt markaları da saxlanılır.
Etnoqrafiya fondunda müxtəlif mis, saxsı, gil qablar, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus kişi və
qədim geyimləri, xalça və xalça məmulatı və s. mühafizə olunur.
Azərbaycan zərgərlərinin orta əsrlərdən müasir dövrədək hazırladıqları bəzək nümunələri muzeyin
qiymətli metallar fondunda saxlanılır.
Silah və bayraqlar fondunda qorunan Azərbaycan xanlıqlarına, XIX əsrdə çar ordusu tərkibində
fəaliyyət göstərən azərbaycanlılardan təşkil olunmuş hərbi birləşmələrə məxsus bayraqlar, XIX əsrin
əvvəllərində ölkənin Rusiya tərəfindən işğalı zamanı ələ keçirilən şəhərlərin qapılarının açarları, müxtəlif silah
növləri nadir eksponatlardır.
Sənədli mənbələr fondunda müxtəlif sənəd, fotoşəkil, albom, afişa, qəzet, açıqca və s. qorunur.
Hədiyyələr və xatirə əşyaları fondunda bədii sənət nümunələri, müxtəlif xarici ölkələrdən Azərbaycana
bağışlanmış hədiyyələr və s., Təsviri materiallar fondunda, əsasən, Azərbaycan rəssamlarının bir sıra qiymətli
əsərləri saxlanılır.
Foto-kino sənədləri və texniki sənaye materialları fondlarında Azərbaycan tarixinin müxtəlif dövrlərini
işıqlandıran zəngin maddi mədəniyyət nümunələri vardır.
Muzeydə Azərbaycan tarixinə, arxeologiya və etnoqrafiyasına dair geniş tədqiqat işləri aparılır,
aspirantura fəaliyyət göstərir, elmi əsərlər, toplular, kataloqlar, bukletlər nəşr edilir, ekspozisiya və sərgilər
vaxtaşırı yenisi ilə əvəz olunur. Muzeyin xarici ölkə muzeyləri ilə (ABŞ, Norveç, Türkiyə, Macarıstan, Rusiya
və b.) qarşılıqlı əlaqələri vardır.
Muzeyin ünvanı: Bakı şəhəri
,
Z. Tağıyev küç., 4
Telefon :493 36 48
Dostları ilə paylaş: