Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə14/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   10   11   12   13   14   15   16   17   ...   136
Muğam operası 
 
Muğam  operası  XX  əsrin  əvvəllərində  Azərbaycanda  meydana  gəlmiş  orijinal  opera  janrıdır.  Üzeyir 
Hacıbəyovun yaradıcılığında təşəkkül tapmışdır. Onun muğam sənətinə əsaslanaraq yaratdığı "Leyli və Məcnun" 
(1908)  operası  ilə  Azərbaycan  və  Şərqdə  opera  sənətinin  əsası  qoyulmuşdur.  Bu  əsərin  tamaşaya  qoyulması 
musiqi  teatrının  yaranmasma  səbəb  olmuş,  Azərbaycan  bəstəkarlıq  sənətinin  bünövrəsini  qoymuşdur.  Eyni 
zamanda,  bu  hadisə  muğam  ifaçılığı  sənətinin  hüdudlarmı  genişləndirmiş,  xanəndələrin  opera  səhnəsinə 
çıxmasına təkan vermişdir. Ü.Hacıbəyov , həmçinin, "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah 
Abbas  və  Xurşid  Banu"  (1912),  "Əsli  və  Kərəm"  (1912),  "Harun  və  Leyla"  (1915)  operalarının  müəllifidir. 
Ü.Hacıbəyovun  yaradıcılıq  təcrübəsindən  bəhrələnən  digər  bəstəkarlar  da  muğam  operaları  yaratmışlar: 
Z.Hacıbəyovun  "Aşıq  Qərib"  (1916),  M.Maqomayevin  "Şah  İsmayıl"  (1916)  operaları  bu  janrın  maraqlı 
nümunələridir. Bu ənənə XX əsrin II  yarısında da bəstəkarlar tərəfindən davam etdirilmişdir: Ş.Axundovanın 
"Gəlin  qayası",  C.Cahangirovun  "Xanəndənin  taleyi"  operaları  bu  qəbildəndir.  V.Mustafayevin  "Vaqif", 
V.Adıgözəlovun "Natəvan" opera-larında dövrün görkəmli xanəndələrinin obrazlarını canlandırmaq üçün əsərin 
musiqi məzmununda muğamlardan istifadə edilmişdir. 
 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin