Dəf Milli musiqi mədəniyyətinin tarixi inkişaf mərhələsində özünə məxsus rolu olmuş zərb çalğı alətlərindən
biri də dəfdir. Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə
belə yazır:
Bir dəf vuran ustanı gör, Səf-səf duran heyvanı gör, Dəfdə şikaristanı gör, Bir-biri ilə cəng arar. Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-
dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri
olmuşdur.
Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da
idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri
250-260 mm, sağanağının qalınlığı 45-50 mm-dir. Hazırda nadir hallarda istifadə olunur.