27
2) Nəfəs
alətləri
Azərbaycan milli musiqi sənətinin inkişafında nəfəsli alətlərin misilsiz tarixi rolu olmuşdur. Bu alətlərin ilk
sadə nümunələri eramızdan bir neçə minilliklər əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə
qədər yaşamış və bu gün də davam etdirilir-hazırda bir neçə nəfəs aləti-ney, tütək, musiqar, sümsü və onun
növləri qarğı və qamışdan hazırlanır. Daha sonralar nəfəs
alətlərini sümükdən, heyvanların buynuzundan,
bişmiş
gildən, müxtəlif ağac mis və digər materiallardan da hazırlanır.
Nəfəs alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs
diapazonunun məhdudluğu ilə əlaqədardır. Nəfəs alətləri arasında daha çox istifadə olunanı zurnadır ki, onun da
səs düzümü iki oktavadan artıq deyildir. Nəfəs alətləri də ifa tərzinə görə müxtəlifdir.
1. Müştüklü: - zurna, balaban.
2. Müştüksüz: - ney, tütək, yan tütək.
3. Körüklü (dərili): - tulum, qarmon.
Dostları ilə paylaş: