yıdıb, dalı üstündə çarpayısına uzanır, gözlərini otağın tavanına zilləyir, düşünür, daşınır, axırda özünün heç bir günahı olmadığını görür, daha da qanı qaralırdı. Ona ən çox yer eləyən bu idi ki, Tahir, onun bir il qabaq gəldiyini bilə-bilə, Lətifəni sevməyə ondan da arttq haqlı oldu 143
ğunu başa diişe-düşə, onu bu haqdan məhrum eləm ək istəyir, buna hət ta vəfasızlıq adı verir, hələ bir onun üstünə hücum çəkib komsomolçu- luğunu da şübhə altına alırdı. “Bəlkə günah özümdədir? Bəlkə men sir rimi Tahirdən nahaq gizlətmişəm? Bəlkə mən bunuəvvəldən ona desəydim, indi aralıqda heç belə söz də olmazdı?” deyə düşünən Cəmil, yenə kitabı kənara atıb ayağa qalxdı, bayaq getdiyi yolla xali küçəyə döndü, səkiyə qalın kölgə salmış yasəmən ağaclarının yanı ilə yavaş-yavaş addımlayaraq, təkdənbir gəlib-gedən adamlardan belə üzünü gizlətməyə çalışaraq, iki-üç dəfə var-gəl elədi. O, Lətifəni se virdi, özü də çoxdan Bakıya gəldiyi gündən sevirdi. Bəs nə üçün bunutəkcə dostlarından deyil, Lətifənin özündən də gizlədirdi? Cəmil, ağır təbiətli bir oğlan idi, qıza ürəyini açanda ondan yalnız müsbət cavab alacağına əmin olmaq istəyirdi. Doğrudur, Cəmil Lətifənin ona könlü olduğuna inanırdı, ancaq rədd cavab almaq qorxusu onun cəsarə tini azaltmışdı. Bir də Cəmil, Tahir kimi, hər dəqiqə Lətifənin xoyalı ilə yaşamır, yaşaya bilmirdi. Çünki buruqda olarkən, bütün fikri-zikri işdə idi. O, birillik təcrübəsindən başa düşmüşdü ki, İstehsalatda iş vaxtı kənar fikirlərlə məşğul olmaq yaramaz. Bundan təkcə onun özünə deyil, bütün yoldaşlarına, usta Ramazana, ümumən neft istehsalına zi yan dəydiyini bilirdi. O, buruğun böyük mexanizmində özünün xırdaca