sezən Tahirin ürəyini qəribə bir şübhə çulğaladı, Ona elə goldi ki, qız ları, xüsusən Lətifəni maraqlandıran Tahirin özü deyil, bəlkə saz çal mağı və oxumağıdır. Əlbəttə, bunun məhz belə olduğunu etiraf etmək Tahirə ağır gəldi: “bunlar istəyir, mən bunlara k ef verim” deyə düşü nərkən bir az əvvəl duyduğu sevinc əvəzındo könlünə həzin bir m ə yusluq hissi qondu vo onun mis rənginə çalan üzü kölgələndi. Lətifə, Tahirin sifətində əm ələ gələn dəyişikliyə fikir vermədiyi üçün, yenə çalıb-oxumaqdan söz saldı: - Zivərgil də bizim posyolkada olur. Onun da oxumağa həvəsi var. Özü yaxşı piano çalır, - Tahirə üz tutaraq: - Sən də bir-iki qoşma de yərsən, yox? - dedi. Lətifənin gözləri Tahirin məyus və tutqun baxışlarına dikilib qal dı və onun bir az ə w e lk i kimi sevinmədiyini hiss edəndə, təbəssümü dodaqlarında dondu. O sualını təkrar etdi: 141
- Yox? Tahir dinmədi, yalnız başım qaldırıb-saldı onun üzündə bil “əgər sən istəsən, əlbəttə!” sözləri yazılmışdı. Bu anda tənəffüsün qurtardı ğını bildirən zəng səsi titrəyə-titrəyə cingildədi v ə foyenin işıqları sönüb yandı. Qızların fojaya yönəldiklərini görən Tahir, yenə pis v ə ziyyətdə qalmamaq üçün tez: - Hələlik! - deyib onlardan aralandı v ə geriyə baxmadan, az qala yüyürə-yüyürə birinci mərtəbəyə endi. Yavaşca addımlarla içəri girən adamları yara-yara v e onların təəccüblü baxışlarını özünə cəlb edə- edə gəlib yerini tutdu, o dəqiqə də Lətifə ilə rəfiqəsinin oturduğu lo- jaya gözünü zillədi. Onun qəlbi indi ümid və sevinclə döyünürdü. “Barışdıq. Əşi, o məni İstəyir!” deyə düşünürdü. Lətifə ilə Zivər bəriyə, parterə baxırdılar. Tahir yerində qurcala