Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


qədər kür olsa, gəlin yenə də onun könlünə toxunmamalıdır” deyə dü-



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə166/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   162   163   164   165   166   167   168   169   ...   382
Sechilmish eserleri II cild

qədər kür olsa, gəlin yenə də onun könlünə toxunmamalıdır” deyə dü-
şünəıək, öz anasım xatırladı və Kabanikanın acı sözlərini eşidəndə tez
fikrim dəyişdi: “Yox, mənim anam belə deyil, o belə zalım deyil”. Kate-
rinamn mehriban qəlbinə toxunan qaba ittihamlar yağmağa başlayanda,
Tahir tamam əsəbiləşib daha Kabanikanı dinləmək istəmədi və bir an­
lığa gözlərini oradan çəkərək səhnəyə yaxın oturmuş tamaşaçıların
üzündə gəzdirəndə, birinci yarus lojada bir qızla çiyin-çiyinə əyləşib
boynunu irəliyə doğru uzatmış vo kirpiklərini bir dəfə de qırpmadan
səhnəyə baxan Lətifəni gördü. Bu anda Tahirin fikri alt-üst oldu.
Onınıla qabaq-qabağa gələndə necə salam verəcəyini, ilk dəfə ona nə
deyəcəyini, ondan nə cavab ala biləcəyini fikirləşib, ürəyi bərk döyünə-
döyünə pərdənin qurtarmasını gözlədi. Ancaq pərdə örtüləndə, hazır­
ladığı cavablardan heç birinin yadında qalmadığım görüb pərt oldu.
Foyeyə çıxan adamlara toxuna-toxuna hamıdan əvvəl və cəld ad­
dımlarla Lətifənin oturduğu yerə yönəlmək istədi. Elə bil o, Tahirə
rast gəlməmək üçün teatrı tərk edib hara isə gedəcəkdi. Qadınlar və
qızlar bir-birinin ardına düzülərək, foyedə dövrə vurmağa başladıqla­
rı zaman, Tahir onların böyründən sivişib ikinci mərtəbəyə qalxdı.
13K C 2 V
Lətifənin yenə həmin qızla qol-qola tutuşaraq, bəriyə tərəf gəldiyini
görəndə, addımlarını yavaşıtdı və əllərim yanına qısaraq, dodaqları
bir-birindən azca aralanmış halda onunla qarşılaşdı. Həyəcandan titrə­
yən və tutulmuş kimi boğuq çıxan bir səslə dedi:
- Xoş gördük, Lətifə!
Onun səsini eşidən Lətifə, gözlərini qaldıranda Tahiri görüb bir an,
yalnız bircə an duruxdu. Onunla məhz burada, Özü də rəfiqəsinin ya­
rımda rastlaşdığından narazı qalmış kimi tərəddüd göstərdi. Ancaq

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin