rımız düşmən üzərinə hücuma keçəndə qan-boram nəzərə almırdılar. Biz hansı əsasa görə bununezərə almalıyıq? İclası bağlı elan edirəm! İsmayılzadənin dodaqları x ə fif bir tərzdə səyridi. Oturanlar ayağa qalxdılar, Fikrətlə tərəfdarları bu gözlənilm əz nə ticədən sonra deməyə söz tapmadılar. Usta Ramazan isə ikinci mərtəbədən, yük maşınları v ə M -l da yanmış həyətə enəndə, köhnə dostu Timufey Sidoroviçə yan alıb deyirdi: - Fler şeyimiz öz yerindədir. Bircə trest müdirimiz çatışmırdı, onu da yollayıblar, heç bilmirəm bunlar özgə nə İstəyirlər? 3
Tahir axşam teatr salonunda Lətifəni axtararkən üçüncü sırada bir- birilə yanaşı oturmuş Qüdrətlə Laləni gördü. Onlar məramnaməyə baxır, öz aralarında nəyi isə müzakirə edirdilər. Tahirin qulağında səs lənən danışıqlar onların dediyini eşitməyə mane olurdu. İlk dəfə İsma yılzadə ilə kabinetində görüşərkən göy sətindən qoşa cibli, sadə iş köynəyi 'geymiş Qüdrət, indi tünd, mavi şevyotdan, çiyinləri azacıq dik oturan tezə kostyum, hava rəngində uzun yaxalıqlı köynək geymiş, yeri qara, xalları isə ağ olan qalstuk taxmış, dolğun üzünü tərtəmiz qırxmışdı. Saçlarını odekolonla isladıb daradığı üçün, dalğa-dalğa pa rıldayırdı. Tahir qeyri-ixtiyari dayanıb, diqqətlə onları süzməyə başlayanda, Lalə, üzünə zillənmiş baxışları hiss edib başını yuxarı qaldırdı. Qüdrət də eyni sürətlə gözlərini qaldıranda Tahiri gördü və dodaqaltı Laləyə nə isə dedi. Onun dediklərinin özünə aid olduğunu hiss edən Tahir, utandığından tez başqa səmtə çevrildi: “Yanındakı arvadıdır” deyə dü şündü. Lalənin açıq alnı o dəqiqə Tahirin təsəvvüründə nəqş olundu: “Xoşbəxtlər!” deyə fikirləşəndə, yenə Lətifə yadına düşdü, və o, sa lonun cərgələrinə göz gəzdirm əyə başladı.