Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


kimi buruqda işləyirdi, indi qəhrəmandır. Men başa düşmürəm, nə təhər



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə162/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   158   159   160   161   162   163   164   165   ...   382
Sechilmish eserleri II cild

kimi buruqda işləyirdi, indi qəhrəmandır. Men başa düşmürəm, nə təhər
oltır cavanlar faşisti əzir, qəhrəman adı alır, mədəndə işləyəndə əlindən
heç nə gəlmir? Əgər cavanlan bir özgəsi pisləsəydi, mənə o qədər də
yer eləməzdi. Yoldaş Fikrət, axı siz özünüz de cavansınız. Sizə yaraşar-
mı ki, fəhlə sinfinin cavan nəslini gözdən salasınız?
Biz ona görə qalib gəlirik ki, bizdə köhnə və yeni qvardiya həm
daxili, həm do xarici düşmənlərə qarşı, birlikdə, vahid cəbhə ile bir sı­
rada gedirlər. Yaxşı olar ki, siz, cavanlarla qocaların arasına nifaq sal­
mayasınız!
Fikrət son ümidinin alt-üst olduğunu görondə, üzündəki qızartı
yavaş-yavaş azaldı, axırda sifəti kül kimi bozardı.
Usta Ramazan daha heç bir söz deməyib oturdu. İsmayılzadə
ondan soruşdu:
- Təklifin nədir, usta?
- T əklif yazılıb, hər yerdə də camaat fikrim deyib. Daha m ən nə
deyim? Trestin adını bütün Bakıda biabır eləmişik. Şərtlərimiz ağır ol­
duğuna görə də qəbul eləm ək yaxşıdır!
Fikrət yerindən qışqırdı:
- Bu necə məntiqdir, usta?
Ramazan yenə də etiqadla cavab verdi:
- Hər kəsin bir məntiqi var. Mən sən istəyən kimi fikirləşməyə
borclu deyiləm.
135


Fikrət ayağa qalxdı:
- Yoldaş İsmayılzadə, mənə bir də söz verin! - dedi.
İsmayılzadə, nəfəsi daralmış kimi, bərkdən köksünü ötürüb ayağa
qalxdı;
- Əgər belə danışıqlardan bir fayda hasil olsaydı, iclası sabaha
qədər davam etdirərdim.
- A x ı mənim sözlərimi yaxşı başa düşmədilər!
Usta Ramazan yalnız böyründəki adamların eşidə biləcəyi bir
səslə atmacaladısa da, hamı onun dediyini eşitdi;
- Çünki söz danışmağı da bacarmaq şərtdəndir!

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin