Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


- Bəri gelin, gezenlerə mane oluruq, - deyə başının hərəkətilə



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə168/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   164   165   166   167   168   169   170   171   ...   382
Sechilmish eserleri II cild

- Bəri gelin, gezenlerə mane oluruq, - deyə başının hərəkətilə
Tahiri de gəzm əyə dəvət edib, rəfiqəsinin qolundan tutaraq irəliyə sarı
addımladı. Tahir onlarla yanaşı gəzinm əyə başladısa da, ancaq danış­
mağa söz tapmayıb yenə tutuldu.
- Hə, indi danış görüm, hara qaçırdın? - deyə Lətifə üz-gözünü
ciddiləşdirib soruşdu. - Yaxşı ki, vağzaldan qaytarıblar, yoxsa usta
Ramazan düz kəndədək gedərdi. Sən onu yaxşı tanımırsan.
Tahir İstər-İstəməz gülümsündü: “Aha, deməli, bundan inciyib­
miş, Men do bütün günahları yazıq Cəmildə görürdüm...” deyə düşün­
dü və barmağını dişlədi, sonra özünü təm izə çıxarmaq üçün dedi:
- Yox, eşi, söz çıxardıblar, kəndə tanışım gedirdi, anama sifariş
yollayırdım.
- B əs qoltuğundakı saz? Çiynindəki heybə?
Lətifənin çox ciddi bir tövrlə verdiyi bu sual, Ziferi güldürdü və
bayaq onun gözlərində Tahirin sezdiyi x ə fif təbəssümün də səbəbi ay­
dın oldu.
Çiynində heybə, qoltuğunda saz, vaqona doğru yüyürən Tahiri xə­
yalına gətirərkən, Lətifə da özünü saxlaya bilməyib uğundu.
Tahir yaylığını çıxarıb alnında tumurcuqlanan tər damcılarım sildi:
- Neyləyim, inanmırsınız. Ancaq bilmirəm bu tezliklə bu xəbəri
sizə kim yetirib?
Bu dəmdə Tahir istər-istəm əz Cəmili xatırladı: “Ondan başqa kim
deyəcək?”
- Bu xəbəri senə kim çatdırıb? Cəmildən eşitmisən? - deyə Tahir
qaşqabağını sallamış halda Lətifədən soruşdu:
Lətifə gülüşünə ara verdi:
- Olam deyiblər, özündən heç kos bir şey uydurmayıb. Anana si­
fariş yollayanda saz çalıb oxumayacaqdın ki?
- Axı bu xəbərçinin adını bilmək olmaz?
Tahirin belə inadla sualını təkrar etməyi vo necə olur-olsun ondan
söz qoparmağa çalışmağı L ətifəyə xoş gəlmədi: “N ə fərqi var

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin