Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


dərəcədə müqəssir olduğunu düşünmək nə qədər çətindisə də, indi



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə153/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   149   150   151   152   153   154   155   156   ...   382
Sechilmish eserleri II cild

dərəcədə müqəssir olduğunu düşünmək nə qədər çətindisə də, indi
Tahir Cəmili günahkar hesab edib, özündə heç bir qüsur görməməyi
də insafsızlıq sayır, trestdə Qüdrət İsmayılzadənin yanında onu necə
təriflədiyini xatırlayır, Lətifə ilə onun uzun müddət heç bir yerdə gö­
rüşmədiyini, özü barədə ona elə təhqiramiz bir söz dem əyə heç fürsət
belə tapmadığını düşünürdü. Tahir birdən: “Əgər doğru adamsansa, bir
* Özünə də bax” deyə xəyalından keçirdi: - “Baxıram, ancaq özümdə
heç bir qüsur görmürəm! - Yox, diqqətlə bax, başqalarına ad qoymaq
asandır, amma öz nöqsanım görmək çətin!” - Tahirin düşüncələri, elə
bil yalnız bir nöqtədə cəm olub, içərisinə güclü fonar işığı saldı: axtar­
dığı qüsurdan biri də gözünə dəymədi. “Aha, - deyə o, birdən nəyi isə
xatırlayıb udqundu. - Bəs Cəmil insan deyilmi? Lətifə onu sevməsə
də, onun Lətifəni sevm əyə haqqı yoxdurmu? Demək, men təkcə öz
xeyrimi düşünürəm”. Tahirin gəlib çıxdığı bu son nəticə nə qədər ağır
olsa da, o bunuetiraf etməyə məcbur idi. Çünki Cəmil heç bir yerdə
Tahirdən və ya Lətifədən sevişdiklərinə dair bir kəlm ə də eşitməmiş­
di. Əgər o vəfasız yoldaş olsaydı, bunubilə-bilə, Tahiri Lətifənin gö­
zündən salmağa çalışardı: “Axı mən nədən bilirəm ki, Cəmil meni ona
128
pisləyib? Deyə düşünən Tahir, dostuna haqsız olaraq hücum etdiyini
anlayıb daha da həyəcanlandı: “Axı onun nə günahı var ki?”.
Bu halda tramvay gəldi.
Tahir vaqona minəndə belo fikirlərindən ayrılmadı: “Lətifənin
gözü həmişə məndə idi. Bəs indi niyə meni görən gözü yoxdur?”.
Birdən onun xəyalından başqa fikir keçdi: “Əgər Lətifə əvvəldən
məni istəyirdisə, amma indi xırda bir səbəbdən ötrü məndən üz
döndəribsə, deməli, onun məhəbbəti möhkəm deyilmiş...” — bunudü-

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin