axşam “Tufan” var. İndi getsən bilet taparsan. Ala, pul verim, get al!.. - O yenə beşlikləri çıxardı. - İstəmirsən? - özümün pulum var... - deyə Tahir Cəmilin sözlərini yalana çıxar maq qəsdilə deyil, ümumən yalan danışmağı bacarmadığı üçün etiraf etdi: - dünən bizə də maaş veriblər. Yaxşı yadıma saldın. Mən de gedib bilet alacağam. Sən yəqin bilirson ki, o, bu axşam teatrda olacaq? - Yəqinini deyə bilmərəm. Ancaq teatra tərəf gedirdi, - Səməndər yenə pullanm cibinə qoyub Cəmilə zənnlə baxdı. Onun gözlərinin qı yığı daha da büzüşdü. 127
- Bura bax, bu nə məsələdir, indi də Lətifə ilə Tahir başlayıb? Bos sən? Cəmil Səməndərə tərs-tərs baxdı, azca tutulmuş səsilə qışqırdı: - Yüz kərə demişəm ki, onun m ənə dəxli yoxdur! - Canım, mən bir söz demirəm ki? Niyə acığın tutur? Tahir, yolda Lətifəyə rast gələcəyi ümidilə cəld qapını açıb eşiyə çıxdı. Cəm illə danışıb ürəyini boşaltdığına sevinərək, tramvay duraca ğına tərəf getdi. O, yenə Cəmilin hərəkətləri barədə düşünə-düşünə birdən ayaq saxladı: “Yox, deyəsən mən yoldaşımın xətrinə dəydim”. Lətifənin soyuqluğuna v ə etinazlığma Cəmilin səbəb olmadığı fikri yavaş-yavaş Tahirin zehnini məşğul etməyə başladı: “Nahaq onun xətrinə dəydim, nahaq...” Tramvayın dayandığı tinə yetişəndə, işdir birdən Lətifəyə rast g əlsə ona necə yanaşacağını, söhbəti nədən başlayacağını, nə üçün güldüklərini bilmirdi. Özü yaşında olan cavanlar, bir tərəfdə oğlanla oğlan, o biri tərəfdə bir oğlanla bır qız yanaşı durub söhbət edir, gülür, dünyanın bütün dərdlərini unutmuş kimi, şad və qayğısız görünürdü lər. Ancaq Tahiri düşündürən yenə də Lətifə idi. Özünün müəyyən