Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


qincə tanımamağı Tahirə çox ağır və təhqiramiz göründü



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə150/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   146   147   148   149   150   151   152   153   ...   382
Sechilmish eserleri II cild

qincə tanımamağı Tahirə çox ağır və təhqiramiz göründü:
- Mon o qədər də axmaq deyiləm! - dedi və birdən gözlənilməz
halda səsini yavaşıtdı: - Mən evlənm ək m əsələsini oyun-oyuncaq
hesab eləmirəm. Onu yaxşıca tanımamış, özü də bir sənət sahibi olma­
mış evlənmək mənasızdır. Ancaq sən menim ürəyimi yaralamışam
Cəmil bu sözlərə qarşı təəccübünü bildirmək üçün qəsdən çiyin­
lərini çekib qaşlarını düyünlədi:
- Mən sənə neyləmişəm, balam?
Tahir ovuclarını açıb havam yardı:
- Bundan artıq neyləyəcəksən? Hamının qabağında biabır oldum.
O nə sözdür: “Ondan sənə yar olmaz?” M ən nəyəm bəyəm?
Cəmil yenə də özünü saxlaya bilməyib qaqqıltı ilə güləndə, acı­
ğından Tahirin əlləri titrəməyə başladı.
- Bax, hələ indi də məni e le salırsan! - Tahir ona dalını çevir­
di. - Eybi yoxdur, olsun!
- Əşi, bir sözdür, dedim, nə olar ki? Səndə dəvə kini varmış.
Yoldaş yoldaşnan zarafat eləm əz bəyəm?
- Zarafatın da yeri var!
Aralığa sükut çökdü. Onlar bu danışıqların heç bir nəticə verməyə­
cəyini görüb, bu barədə bir daha danışmamaq qərarına gəldilər. Tahir
yenə pəncərə qarşısında perakənde halda tökülmüş kitablara yanaşdı,
‘birini götürüb vərəqləyə-vərəqləyə qayıtdı, balaca stolun dalında otur­
du v ə bir neçə sətir oxudusa da, başına heç bir şey girmədiyi üçün ki­
tabı çarpayısının üstünə atmaq istəyəndə, Səməndər içəri girdi:
- Hə, dost, - deyə üzünü Tahirə tutdu, - “Qurbanolı bəyi” oxuyub
qurtardın?
- Yox, hələ qurtarmamışam.
- Qurtar, qurtar, məzmununu m ənə danış, Cəmilin borcundan da
mənim canım qurtarsın.
- Axı orada nə var ki, özün oxumursan? Mən ayrı kitab almışam.
Özün oxu da...
- Əşi, men neyləyim? Bir sətir oxuyuram, yuxu məni basır.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin