Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


bir vint olduğunu anlasa da, bu vintin sərrast işləməyindən də çox şey



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə174/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   170   171   172   173   174   175   176   177   ...   382
Sechilmish eserleri II cild

bir vint olduğunu anlasa da, bu vintin sərrast işləməyindən də çox şey
asılı olduğunu dərk etmişdi. O bilirdi ki, buruğun qurtarmağı hamıya
səadət gətirir: fəhlə yoldaşları mükafat alır, briqadanın adı yaxşılığa çı­
xır, trest tədricən de olsa, kəsrini ödəyir, dama-dama göl olan kimi,
bəlkə bumqlardan alman neft də bir yetə toplanıb Bakının, respublika­
nın üzünü ağandır, Cəmilə elə gəlirdi ki, o diqqetsiz işləsə, yalnız özü­
nün xəyallan ilə yaşasa, yalnız öz xeyrini düşünsə, başqalarına, birinci
növbədə onun namusla çalışan, buruğu öz həyatının aynlmaz bir hissə­
si sayan fəhlə yoldaşlarına ziyan dəyər və bunun nəticəsində o heç
kimin üzünə dik baxa bilməz. Bu şüur onda vərdiş və etiqad halına
gəlmişdi. İndi artıq Cəmil öz daxili qüsurlan ilə mübarizə ehtiyacı duy­
murdu. Onun fikrincə Tahir hələ bunları başa düşmürdü, amma isteh­
salata isnişdikce, tədricən başa düşəcəkdi. Axı, Cəmilin özündə də bu
vərdiş birdən-birə əm ələ gəlməmişdi, o da vaxtilə hər şeyi tez və asan
bir yolla başa vurmaq, sonra kinoya, teatra getmək, Lətifəni tez-tez
görmək istəyirdi. “Mən bu barədə niyə Tahirə heç nə deməmişəm? Ni­
yə onu başa salmamışam?” Bu sual Cəmili xeyli düşündürdü, sakit vo
ilıq gecədə xoş bir ətir qoxusu saçan ağacın dibində dayanarkən, o, d ə-
144
rindon nofəs aldı və yenə fikrə cumdu. Birdən o anladı ki, daha gecdir,
bundan sonra Tahirə deyəcəyi xeyirxah sözlərin müsbət təsiri olmaya­
caq, əksinə, Tahir bu sözləri bır intiqam kimi qəbul edəcək və araların­
dakı inciklik daha da artacaq, qüvvətlənəcəkdir.
O yenə otağa qayıtdı. Dəhlizdəki divar saatında on iki olmuşdu.
Deməli, bir azdan sonra Lətifə teatrdan qayıdacaqdı.
Cəmil yenə qərar tutub dayana bilmədi. “Gedib Lətifəni görəcə­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin