Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


yıdıb, dalı üstündə çarpayısına uzanır, gözlərini otağın tavanına zilləyir



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə173/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   169   170   171   172   173   174   175   176   ...   382
Sechilmish eserleri II cild

yıdıb, dalı üstündə çarpayısına uzanır, gözlərini otağın tavanına zilləyir,
düşünür, daşınır, axırda özünün heç bir günahı olmadığını görür, daha
da qanı qaralırdı. Ona ən çox yer eləyən bu idi ki, Tahir, onun bir il
qabaq gəldiyini bilə-bilə, Lətifəni sevməyə ondan da arttq haqlı oldu­
143


ğunu başa diişe-düşə, onu bu haqdan məhrum eləm ək istəyir, buna hət­
ta vəfasızlıq adı verir, hələ bir onun üstünə hücum çəkib komsomolçu-
luğunu da şübhə altına alırdı. “Bəlkə günah özümdədir? Bəlkə men sir­
rimi Tahirdən nahaq gizlətmişəm? Bəlkə mən bunuəvvəldən ona
desəydim, indi aralıqda heç belə söz də olmazdı?” deyə düşünən
Cəmil, yenə kitabı kənara atıb ayağa qalxdı, bayaq getdiyi yolla xali
küçəyə döndü, səkiyə qalın kölgə salmış yasəmən ağaclarının yanı ilə
yavaş-yavaş addımlayaraq, təkdənbir gəlib-gedən adamlardan belə
üzünü gizlətməyə çalışaraq, iki-üç dəfə var-gəl elədi. O, Lətifəni se­
virdi, özü də çoxdan Bakıya gəldiyi gündən sevirdi. Bəs nə üçün
bunutəkcə dostlarından deyil, Lətifənin özündən də gizlədirdi? Cəmil,
ağır təbiətli bir oğlan idi, qıza ürəyini açanda ondan yalnız müsbət
cavab alacağına əmin olmaq istəyirdi. Doğrudur, Cəmil Lətifənin ona
könlü olduğuna inanırdı, ancaq rədd cavab almaq qorxusu onun cəsarə­
tini azaltmışdı. Bir də Cəmil, Tahir kimi, hər dəqiqə Lətifənin xoyalı
ilə yaşamır, yaşaya bilmirdi. Çünki buruqda olarkən, bütün fikri-zikri
işdə idi. O, birillik təcrübəsindən başa düşmüşdü ki, İstehsalatda iş vaxtı
kənar fikirlərlə məşğul olmaq yaramaz. Bundan təkcə onun özünə
deyil, bütün yoldaşlarına, usta Ramazana, ümumən neft istehsalına zi­
yan dəydiyini bilirdi. O, buruğun böyük mexanizmində özünün xırdaca

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin