ra, görülmüş işlərə yekun vurub, təzə il üçün də plan düzəldəcəyik. M üxtəlif sahələrdə çalışan yoldaşlar həm işə orta rəqəm götürürlər. Əlbəttə, onlar geridə qalanların səviyyəsinə enməmekdə, haqlı, lakin qabaqda gedənlərin səviyyəsini əsas meyar saymamaqda ıso haqsız dırlar. Artıq biz elə bır dövrdə yaşayırıq ki, xalqımızın kütləvi qəhrə manlıq göstərməsi üçün hər növ imkan yaranmışdır. Dövlətimizi indi orta rəqəm qətiyyən kifayətlendire bilməz. Qüdrət yerində qurcalandı: “Mən haqlıyam” deyə fikirləşdi və trestdə çağırdığı müşavirə zamanı, usta Ramazanın briqadasını meyar götürüb, planı yüz iyirmi faizə qaldırmağı təklif etməkdə haqlı iş gör düyünü düşünəndə, mühəndis Fikrətin çıxışını xatırladı. Bundan başqa, indidən Aslanovun yeni ildən danışması da ona heç təəccüblü görünmədi. Katibin İş üsulu belə idi. Xırmanda yabalaşmamaq üçün şərti şumda kəsməyi sevirdi. - M əsələn, - deyə o, yavaş-yavaş Ramazana yaxınlaşdı, — bizim bu köhnə dostumuz o qədər cavan olmasa da, yüz iyirmidən aşağı enmir. Dünən onun kəşfiyyat buruğunda idim. Briqada üzvlərinin çoxusu cavan uşaqlardır. Halbuki təcrübəli fəhlələrin işlədikləri bu- ruqlarda imkan daha çoxdur. Amma bu nə təhər olur ki, Ramazan ava- 207 O
v .
riyalarla vuruşa-vuruşa yenə də hamınızdan irəlidədir? Moncə bunun yeganə bir səbəbi vardır: çünki o, irəli getməyi vərdiş və ənənə halı na gətirmişdir. Bəziləri isə əksinə, ,ən böyük mənanı geriləməkdə görür. Onu trestə inanıb göndərmişik. Bəs nə üçün o öz ənənəsinə xə yanət edir? Çox soyuqqanlı deyilən bu sözlər Qüdrəti ildırım kimi vurdu. - 86 faiz azdır, yoldaş İsmayılzadə. İki ayda 15 faiz çox azdır. Lalə