etinasız yanaşmağın nə qədər böyük bir xəstəlik olduğunu görmüşəm. Bu etinasızlıq mühəndisin bütün hovosini öldürə bilər. Bu zərərli vər dişlə amansız vuruşmaq bizim müqəddəs borcumuzdur. Biz neftçilər elmi işçilərimizə kömək əlimizi uzatmalı və onların ixtiralarını tocrü- bədən keçirməyə imkan yaratmalıyıq... O, Minayevin üsulunu müdafiəyə başlarkən, kabinetin qapısı açıl dı və təkdenbir mədənlərə yolu düşəndə olduğu kimi, indi də uzunbo ğaz çəkmə və qalifc şalvar geyinmiş Mirzəyev göründü. O salam verdi və keçib oturmamış bu iclasın nə üçün çağırıldığım öyrənəndən sonra Qüdrətə tərs-tərs baxaraq onun sözünü kəsdi: - Məncə, - dedi, - Qüdrət yoldaş məhz nə üçün bu trestə göndə rildiyini mendən de yaxşı bilir. O, buradan neft çıxarmaq üçün təyin 213 O V
olunmuşdur. Ancaq bele görünür ki, o, elmi-tədqiqatla məşğul olub, öz vəzifəsini unutmuşdur. Elə bil hamının başına qaynar su tökdülər. “Azəm eft” birliyində böyük vəzifə sahibi olan bu adamın qabalığı, hətta Minayevin ixtirası nı ciddi tənqid edənlərin də əsəbinə toxunurdu. O, yenə eyni sərt və amiranə bir tövrlə vəzifəsinin böyüklüyünü hamıya göstərmək üçün qalın qaşlarının arasını düyünləyib, heç kimin üzünə baxmadan gözlə rini yerə zillədi: - M əncə belə iclasları ixtisar edib buruqlara getsəniz, heç də pis olmazdı, Yoldaş İsmayılzadə, siz trestinizin kəsir içində ol duğunu nahaq unudursunuz. Men indi başa düşürəm ki, geriliyin səbə bi bu cür “elmi” müşavirələrdir. O, “elmi” sözünü ağzını-burnunu ə y ə -ə y ə , istehzalı bir təbəssüm lə deyərkən, Qüdrət buna dözmədi və uca səslə etiraz etdi: -X e y r , bu deyildir, yoldaş Mirzəyev! Geriliyin səbəbi belə xeyir