dərin idi ki, Lalənin trestindən xeyli aralı görünən mədənlərdən kaçal- kaların səsi də aydm eşidilirdi. Ramazanın nadir hallarda kömək istə diyini bilən Qüdrət, nəhayət səbri tükənmiş halda ondan soruşdu: 215
- Xeyir ola, usta, no var belə, nə üçün qəmginsən? N ə olacaq? Qayıtmayıb. -K im ? - Tahir. Sendən icazəsiz buraxdım, İndi tamam peşmanam. Lalə belə şeylərdən ötrü qanını nahaq yerə qaraltdığmı ona hiss et dirmək üçün əlini qaldırıb saldı: - Qayıtmır, qayıtmasın? Mən de dedim görəsən nə olub? O nə böyük itkidir ki? Qoca, gözləmədiyi bu cavabdan səksənmiş kimi, başını yana tərəf çevirdi. Laləyə tərs-tərs baxdı: - Axı mən otuz ildir elə şagird yetirirəm. Mən görürəm, qızım, mən adamımı tanıyıram, - dedi, - on şagirdə bərabər oğlandı. Bircə il vaxt istəyirəm, o, lap qəhrəmanlığa namizəddir. Qüdrət de yandan söz atdı: - Axı onun qəhrəmanlığı nədə idi? Hale ki, avariyadan başqa elin dən bir iş gəlmirdi. Usta Ramazan Qüdrətdən lap incidi. Ancaq ona ağır cavab vermə di, çünki hər zaman hörmətini gözləm əyə adət eləmişdi. O yalnız: - Qardaşoğlu, - dedi, - axı yaxşı baytar olmaq istəyən gərək hər dorədə yeddi at öldürə... Lalə gülümsündü: - O köhnə sözdür, usta. İstehsalat riyazi haqq-hesab sevir. - N ə ? ! *- Deyirəm ki, indi buruqda ele m əsuliyyətsizliyə yol vermək olmaz. Ramazan az qaldı özündən çıxsın: - Cavanların qədrini bilmək gərək, qızım... Mən istəmirəm belə sözləri səndən eşidim. Öyrənməyə can atan uşağın günahı da olsa, biz görək onun qədrini bilək. Heç bilirsən Tahirdən nə usta yetişərdi?