Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


Dmitri Semyonoviçin ilk sualı bu oldu



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə259/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   255   256   257   258   259   260   261   262   ...   382
Sechilmish eserleri II cild

Dmitri Semyonoviçin ilk sualı bu oldu:
- İnsanlarda ikiüzlülük nədən əm ələ gəlir, yoldaş Mirzəyev?
Mirzəyevin qalın və əyri qaşları dartıldı.
- Mən mühəndisəm, psixologiyadan başım çıxmır, - dedi.
- Amma siz rəhbər işsiniz!
Mirzeyev Dmitrinin bu sözlərində ne isə bır istehza nidası duydu,
nə qədər özünü saxlayıb ona cavab verməmək istədisə də, bacarmadı.
- N ecə məgər, bəlkə sizin buna şübhəniz var?
- Bəlkə görünür ki, var, - deyə Minayev kirpiklərini qırpmadan
müsahibinin gözlərinin içinə baxdı. - İkiüzlülük qorxudan əm ələ
gələn bir xəstəlikdir, yoldaş Mirzəyev.
- Bu məlumatınız üçün sizə yalnız təşəkkür edə bilərəm, - deyə
Mirzəyev kinayəli bir əda ilə başını qaldırıb saldı. - Ancaq mən
bilmək istərdim: bu sözləri deməkdə məqsədiniz nədir?
- Məqsədim odur ki, bəlkə də sizə molum olan bir həqiqəti təkrar
edim. Siz ixtira büronuzda bəzi yoldaşların gözünü necə qorxutmuşsu­
nuzsa, öz fikirlərini deməyə ehtiyat edirlər, daha doğrusu qorxurlar.
Mirzəyev yerində gərnəşdi:
- Qorxmamaq üçün gərək fikir, fikir olsun, Aydındırmı?
- Aydındır. Lakin o qədər də düz deyil. Əgər onların rəyi sizin
üçün bu qədər əhəm iyyətsizsə, nə üçün büroda işlədirsiniz?
Mirzəyev rəsmiyyətə keçdi:
- Bilirsinizmi, bu yalnız mənə aid məsələdir. Bu işə men cavab­
dehəm. Mən də adamları seçməkdə müstəqiləm. Ancaq bilmək ol­
mazım, nə məsələdir?
211


- Mənim ixtiram...
- Aha, sizi danışdıran yalnız şəxsi mənfəət duyğularıdır!
- Mən bu dildə danışmağa adət eləm əm işəm , yoldaş Mirzəyev.
- Mən də. Baxarıq, Yoxlarıq. Yaxşı ixtira bizi hər zaman sevindirir.
- Büronuzda bununə üçünsə görmürəm.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin