-G örərsiniz, görərsiniz! Mirzəyev gözlərini yero dikdi. Danışığın bitdiyini Minayevə hiss etdirdi. Minayev sürətlə çıxdı və bir baş Lalənin yanma gəldi. Əhva latı ona danışdı. Lalə telefonun dəstəyini götürdü: - Qüdrət, - dedi, - sən Dmitrinin ixtirası ilə tanış ol. Mirzəyev bil mirəm nə vaxta qədər bizə mane olacaq? Hər halda belə şeylərə so yuqqanlı baxmaq yaramaz. Müşavirə? Mən tanışam. Sən də tanış olandan sonra çağıraq. Ümumi fikrimiz olsun. B elə yaxşı deyilmi? Aha, göndərərəm. — Lalə dəstəyi yerindən asdı. - Çertyojları göndər Qüdrətə. Birgə müşavirədə özümüz müzaki rə edərik! Dmitri, üzərindən ağır yük götürülmüş kimi, dərindən nəfəsini dərdi. 3
Qüdrət hər iki trestin mühəndisləri ilə bərabər Lalənin kabinetində oturub Minayevin yeni ixtirası ilə tanış olurdu. Hamı böyük bir diqqət və maraqla Minayevin izahatını dinləyirdi. O, qısa və aydın danışma ğa səy edərək deyirdi: - Məlum olduğu üzrə, on il bundan əvvəl, quyunun diametrini ölçmək üçün kvadriller aləti ixtira olunmuşdu. N ə üçünse indiyə qədər bu mühüm alol istehsalatda tətbiq edilməmişdir. Men öz ixtiram üzə rində işlorkən, bu ixtiranın gözəl məziyyətlərini nəzərə almışam. Kvadnllerin xüsusiyyəti nədən ibarətdir? Biz bu alət vasitəsilə quyu ların divarlarım bərkitmək üçün lazım olan sementin qədərini təyin edə bilərik. Bu sahədə elmi fikrimizin bir sıra müvəffəqiyyətləri hələ də təcrübədə imtahandan keçirilməmişdir. Lakin neft sənayesinin bu günkü inkişaf mərhələsində səmərələşdirici üsulların olduqca böyük əhəmiyyəti vardır. Mənim ixtiramın xüsusiyyəti nədədir? Mən həmin aləti daha da mükəmməli əşdirib, istehsalata tətbiqini asanlaşdırmışam.