fikirli soruşdu. Vasilyev onun sualım eşitsə də, cavab verə bilmədi: külək ağzına tıxanır, danışmağa qoymurdu. O bir neçə an dayanıb məhluldan göz lərini çekmədi, yalnız başının hərəkətilə razılığını bildirib, mədəni budkaya doğru getdi. Ayağının altındakı taxta körpü yalnız Vasilyevin addımlarından deyil, hom də küləkdən titrəyir, az qala yerindən qo purdu. O, müvazinətini saxlamaq üçün taxtadan ikiəlli yapışdı, bir an 264 < H V
dayanıb ətrafına göz gəzdirdi. Dalğalar bir-bırınin ardınca hücum edər kimi, cərgələnərək şütüyür, gah enir, gah qalxır, sahilə doğru yüyürü şürdü: “Fırtına getdikcə qüvvətlənəcək” deyə fikirləşən Vasilyev, yenə yoluna davam etdi: “Ramazan İsgəndəroviç nə təhər olsa gələr”. Lətifə budkada, balaca stolun dalında oturub, kitab oxumaq əvəzinə, telefonla trestə melumat verir, küləyin vıyıltısım ötməyə çalışaraq, uca səslə qışqırırdı: - Yox, yox dayandırmayıblar.Yox, işləyir! - Boynunu uzadıb qa pıdan buruğa tərəf boylananda Vasilyev gözünə sataşdı. - Bax, budur, yoldaş Vasilyev özü desin. - Kimdir? Baş mühəndis? De ki, bu sual artıqdır. Dayandırmaq ba rədə fikirləşən yoxdur. -Dayandırmayacaqlar!.. - Lətifənin səsindən tutqun bir nida qopdu. - Eşidirsinizmi, hə dayandırmırlar. Yaxşı, bu saat deyərəm. Lətifə dəstəyi yerinə qoydu: - Kimdir, qızım? - deyə usta müavini soruşdu. - Qazıma kontorundandır. Onlann da işinə məəttəl qalmışam. Özgə vaxtı axtarmaqdan yoruluruq. İndi başlayıblar ki, işi dayandırıb lar, ya yox? Vasilyev Lətifənin qabağındakı kürsüdo oturdu. Emalı getmiş nazik, uzun tütün qabını açdı, döş cibindən qəzel kağızı çıxartdı. Bir parça cırıb, yanlarını hamarladı, yenə də səbirli-səbirli uzun bir papiros