zaman dənizdəki quyuların çətinliyini nəzərdə tuturdum. Bu tufandan sağ-salamat çıxsaq, yüz əlli dördüncü, yüz əlli beşinci quyunu istisma ra buraxsaq, Lalə bacı bayrağı əldən verməli olacaq. - M əsələ yalnız bayraqda deyil, yoldaş Fikrət, m əsələ orasındadır ki, stixiya qorxusunu camaatın ürəyindən silib atmaq lazımdır. Elə mən do ona görə deyirəm ki, hamımız işin üstündə olsaq yaxşıdır. Qonaqov buradadımıj? Bəli, bumdadır. Qüdrət zəngi basdı. Paltosunu çiyninə salmış katibə içəri girdi. - Soyuqdur? - deyə trest müdiri xober aldı. Üşüyürəm, Qüdrət Salmanoviç, - deyə qız baxışlarım yerə dikdi. - Soyuqdan, yoxsa qorxudan? - Soyuqdan... Çox dəhşətli bir xəbər söylədilər, Qüdrət Salmanoviç. Denizdə bir qayıq batmışdır. - Qayıq, yoxsa adamlar? - Adamlar... Deyilənə görə ysta Ramazan da onların arasında imiş... Qüdrəti elə bil ildırım vurdu: - Kim dedi? Qonaqovu buraya çağırın! Katibə dabanı üstə dönüb, sürətlə çıxdı. Qüdrətlə Fikrət tutqun halda bir-birinin üzüno baxıb dinmədilər. Hökumət telefonunun zongi ötkün bir səslə cingildədi. Qüdrət dəstəyi götürdü. Danışan şəhər partiya komitəsinin katibi idi. 271 < 2 V
- Salam! Sabahınız xeyir! Elə deyirlər, ancaq men buna inanmı ram... - Qüdrət susdu. Dinləm əyə başladı. Onun sİr-sifətində tədricən əm ələ gələn qırışlardan, Aslanovun pə dərəcədə ağır sözlər dediyini dərhal hiss eləm ək mümkün İdİ. O, Qüdrəti adamların həyatına məsu liyyətsiz yanaşmaqda təqsirləndirdi. O deyirdi ki: ”Əgər insan tələfa tı olarsa, məhkəmə qarşısında dayanacaqsan!”. Qüdrət yenə susurdu. Tez-tez udqunur, cavab verməyə söz