- Mən heç ömrümdə belə xəzri əsdiyini görməmişdim. Bütün alə min toz-torpağım süpürüb şəhərə gətirir. Dənizə baxanda adamın gözü qaralır. Elə bil yerlə göy qovuşacaq. Qüdrət öz trestində işləyən bu m ütəxəssislərlə uzun söhbət elə m əyə imkanı olmadığım söyləyib, üzr istədi: - Bu saat hər dəqiqənin bir hökmü var, yoldaşlar. Ona görə də ehtiyatlı olmalyıq. M əsələ belədir. Hökumətin göstərişilə uzaq kənd- lerin bir neçəsində elektrik stansiyaları qurulur. Bizim trest iki kəndi hamiliyə götürür. Hamımız bilirik, - deyə bayaq danışan gənc mühəndis həm özü nün, həm də yoldaşlarının adından briqadalar düzəldiyini və artıq iza hata ehtiyac olmadığım bildirdi. Biz bu gün yola düşə bilərik. Necə buyurursunuz? İsmayılzadə əvvəlcədən xəbərdarlıq elədi: - Nəzərdə tutun ki, buradakı işlərimizin heç birinə ziyan toxunma malıdır. Adamlarınızı başa salın. Onlara lazımi göstərişlər verin. - Siz o barədə də arxayın olun, yoldaş müdir. Hamı bu məsələnin əhəmiyyətini yaxşı başa düşür. Bəziləri hətta işdən kənar vaxtda elektrik stansiyası üçün müəyyən avadanlıqda qayırıblar. İməeilik dü zəldib, köhne-köşkülləri təmir eləyiblər, - Çox gözəl, çox gözəl, - deyə Qüdrət razı halda başım tərpətdi. - Unutmayın ki, hamımız burada da lazımsınız. Kənddə bir aydan artıq qalmayın. - Doğrudur, - deyə hamı onun fikrilə razılaşdı. İsmayılzadə, dirsəyini stola söykəyib oturmuş digər mühəndisə üz tutdu: - Siz hansı kəndə gedirsiniz? - Kəndin adını unutmuşam, yoldaş müdir, amma orasım bilirəm ki, Nizami kolxozudur. Lap dağın kəlləsindədir. Şamaxıya qədər maşın la, sonra da araba ilə gedəcəyəm . Kolxoz sədri ilə məktublaşmışam. Bir aydır bərk hazırlıq aparır. Tikinti və torpaq işlərini görüb qurtarıb