na düşmədi. Atasını inadından döndərməyin nə qədər çətin olduğunu yaxşı bilirdi. - Ata, - dedi, getməyinə sözüm yox, amma qayıq olmayacaq. - Onun dərdini çekmə, taparam. Qoca, boşqabda qalmış payını yeyib-qurtaran kimi ayağa qalxdı, iş paltarım geyindi və cəld qapıya yanaşdı: - Arvad, - dedi, - o biri gelinin könlü qırıqdır, bir onun yanına dəysənə! Bu halda külək pəncərəm vurub taybatay açdı. A kişi, heç olmasa uşaqlardan utan, sənsiz dünya dağılmayacaq ki? - deyə Nisa pəncərəni örtüb bərk-bərk bağladı. Ramazan otaqdan çıxıb, gözdən itdi. 269
Qüdrət yan divardan asılmış barometrə tez-tez baxırdı. Əqrəb “fır tına” sözü üzərində möhkəm dayanmışdı. Pəncərə şüşələrinin cingil tisindən aydın hiss olunurdu kİ, külək get-gedə şiddətlənir. Qüdrətin üzünü isə donuq bir ifadə bürüyürdü. O əsəbiləşirdi. O, hər günkü adi tədbirlərindən əlavə, yem bir tədbir də düşünməyin zərurətini hiss edirdi. N ə üçünsə Qüdrətə elə gəlirdi ki, trestin taleyi yalnız bu tufan lı günlərdə həll olunacaqdır. O, birdən mühəndis Fikrəti xatırladı vo onu tez yanına çağırtdırdı: - Əzizim, dedi, — mən istəyirəm ki, hər birimiz özümüzü bir bu- ruğa təhkim edək. - Bu tufanda? - Bəli, bu tufanda! - N ə üçün? - Mən hiss edirəm ki, burada oturduqca, adam həddindən çox hə yəcanlanır, Axı durduğumuz yerdə nə üçün əsəbiləşək? Hər şey adam üçiin qeyri-müəyyən olanda, daha çox həyəcanlanırsan. Fikrət əlilə saçını sığallayıb Qüdrətin üzüno baxanda, onun nə üçün bu fikrə gəldiyini başqa bir səbəblə izah elədi: “Mənim etirazla rıma cavab verir. Demək istəyir ki, stixiya ilə mübarizə eləmək müm