na düşmədi. Atasını inadından döndərməyin nə qədər çətin olduğunu
yaxşı bilirdi.
- Ata, - dedi, getməyinə sözüm yox, amma qayıq olmayacaq.
- Onun dərdini çekmə, taparam.
Qoca, boşqabda qalmış payını yeyib-qurtaran kimi ayağa qalxdı, iş
paltarım geyindi və cəld qapıya yanaşdı:
- Arvad, - dedi, - o biri gelinin könlü qırıqdır, bir onun yanına
dəysənə!
Bu halda külək pəncərəm vurub taybatay açdı.
A kişi, heç olmasa uşaqlardan utan, sənsiz dünya dağılmayacaq
ki? - deyə Nisa pəncərəni örtüb bərk-bərk bağladı.
Ramazan otaqdan çıxıb, gözdən itdi.
269
Qüdrət yan divardan asılmış barometrə tez-tez baxırdı. Əqrəb “fır
tına” sözü üzərində möhkəm dayanmışdı. Pəncərə şüşələrinin cingil
tisindən aydın hiss olunurdu kİ, külək get-gedə şiddətlənir. Qüdrətin
üzünü isə donuq bir ifadə bürüyürdü. O əsəbiləşirdi. O, hər günkü adi
tədbirlərindən əlavə, yem bir tədbir də düşünməyin zərurətini hiss
edirdi. N ə üçünsə Qüdrətə elə gəlirdi ki, trestin taleyi yalnız bu tufan
lı günlərdə həll olunacaqdır. O, birdən mühəndis Fikrəti xatırladı vo
onu tez yanına çağırtdırdı:
- Əzizim,
dedi, — mən istəyirəm ki, hər birimiz özümüzü bir bu-
ruğa təhkim edək.
- Bu tufanda?
- Bəli, bu tufanda!
- N ə üçün?
- Mən hiss edirəm ki, burada oturduqca, adam həddindən çox hə
yəcanlanır, Axı durduğumuz yerdə nə üçün əsəbiləşək? Hər şey adam
üçiin qeyri-müəyyən olanda, daha çox həyəcanlanırsan.
Fikrət əlilə saçını sığallayıb Qüdrətin üzüno baxanda, onun nə
üçün bu fikrə gəldiyini başqa bir səbəblə izah elədi: “Mənim etirazla
rıma cavab verir. Demək istəyir ki, stixiya ilə mübarizə eləmək müm
Dostları ilə paylaş: |