oldu. Qüdrət onu görüb dayandı, üzü salam verdi: 275
C2V
- Xoş gördük, yoldaş Mirzəyev, - dedi. - N ə üçün piyada gəlirsi niz? Zəng eləsəydiniz, maşını yollardım... Bu sözlər iti xəncər kimi Mirzəyevin qəlbinə işlədi: “İstehza eləyir!” deyə xəyalından keçirib qaş-qabağını turşutdu. Qüdrət isə cəld ona yaxınlaşıb, nəzakətlə əl verdi: -Buyurun! - deyib, kabinetini göstərdi. Onlar içəri girəndə Mirzəyevin başı sinəsinə enmiş, gözləri yerə dikilmişdi. Bunun səbəbini hiss edən Qüdrət, Mirzəyevin heysiyyəti nə toxuna biləcək hərəkət v ə sözlərə yol verməməyə çalışır, tamam ayrı məsələdən danışırdı: - Bu gün kefim çox yuxarıdır, elə bil tufan işin sürətini daha artı rıb. Plan yüz beşdən yüz səkkizə qalxıb. T əzə buruqlarda gündəlik qa zıma planını yüz iyirmidən aşağı ödəyən yoxdur. Bilirsinizim bu nə deməkdir? O, sevinclə parıldayan gözlərini Mirzəycvo dikib cavab gözlədi. Ancaq müsahibinin fikri tamam başqa bir istiqamətdə işləyirdi: “İndi mən bunun ixtiyarındayam. Bu gündən sonra başımda qoz sındırıb, in tiqam alacaq” deyə həyəcanla düşünüb, ixtiyarsız olaraq başını yuxarı qaldıranda, Qüdrətin uşaq kimi səmimi, sadə bir torzdə gülümsədiyini görüb, onun sifətində axtardığı istehzanı tapmadı: “Bəlkə məndən bu yolla intiqam alır?” fikrilə, bir xeyli ondan gözlərini çəkə bilmədi. - Necədir, he yoldaş Mirzəyev! Bu niyə belə oldu? - Siz nəyi deyirsiniz? - Onu deyirəm ki, bizim bu fəhlələrin gücünə özüm də heyran qal mışam, Uzun illərin təcrübəsindən bilirdim ki, tufan vaxtı hər yerdən qara xəbərlər gəlir. Amma bu gün... Telefon zəngi uzun bir cingilti ile səsləndi. Qüdrot tez Mirzoyev-