Ramazan, oğlunun düşmən mühasirəsində bundan da üçqat artıq ac qaldığını briqadasının üzvlərinə danışmağa ehtiyac duymurdu. O bilir di ki, cəbhədə vuruşmuş oğullarını da, burada saatla yox, vicdanla iş ləyən dostlarını da bir torpaqda yaşayan, bir göyün altında bir havadan nəfəs alan analar doğmuşdur. Ramazan onların arasında təbliğat apar malı deyildi ki? O, Vasilyevə, Cəmilə, Heydərə, Qrişaya, Tahirə və Lətifəyə nə deyə bilərdi? Hamısı kimin üçün, harada işlədiyini Rama zandan da yaxşı bilmirdi? Qəribədir: Tahir, tufan zamanı qocanı bir dəfə də qaşqabaqlı gör mədi. Bu qədər qan qaraltısı olan yerdə qoca usta qırğı kimi cəld, uşaq kimi sadə, Tahirin doğma atası kimi zarafatcıl olmuşdu. Ə vvəlcə ona elə gəlirdi ki, usta yalnız görk üçün belə hərəkət edir. Amma tədricən başa düşdü ki, qocanın xasiyyəti belədir, gərgin anlarda özünü daha gümrah, daha şad hiss edirdi. Bundan sonra Tahir təəccüblə Ramaza na baxmır, hamı ilə bərabər ə da ustanın m əzəli sözlərinə gülür, onun zarafatlarından xoşhal olur, işləyəndə yorğunluğunu adi, əhəmiyyətsiz tir hal sayırdı. Qüdrətlə danışandan sonra mədəni budkadan buruğa gələn Lətifə, usta Ramazanı bir tərəfə çağ nb, qanı qaçmış dodaqlarını yalaya-yala ya trest rəisinin tapşırığım ona yetirdi və axırda güc-bəla ilə (qız, acın dan ayaq üstündə dura bilmirdi) bu sözləri deyə bildi: - Qüdrət yoldaı bu gün no təhər olsa yemək göndərəcək. 282
Ramazanın qaşqabağına qəm kölgəsi qondu, - Olmaya sən istədin? - Yox, usta, özü yollayır. Bu neçə gündən bəri hamının aclıqdan v ə susuzluqdan çəkdiyi iz tirabı gördükcə ürəyi sızıldayan qoca, bu xəbərdən sonra narazı halda başını buladı: - Nahaq, qızım, nahaq, - dedi, - axı niyə ölüm-itim olsun?