bildirən qəti bir ifadə ilə Bədirliye baxdı. — Göndərmək, vəssalam!
- Siz deyən olsun. Ancaq... Üç-dörd saat gözləyək, bəlkə Allah
etədi, tufan yavaşıdı...
Qüdrət maşına mindi, əli ilə Bədirliyə arxada yer göstərdi:
- Məndən sənə nəsihət, yoldaş Bədirli, bir iş görəndə qəti ol.
Tərəddüd adamı qorxaq eləyir.
Maşın daş yola çatanda, havanı qara bir bulud kimi tutmuş toz, bir
addım qabağı belə görməyə qoymurdu. Maşının örtülü pəncərələrinə
xırdaca daş parçalan dolu sayağı dəyib şüşələri şaqqıldadırdı. Şofer
fənərləri yandırdısa da, yol bir qarış belə işıqlanmadı.
Bu nədir, deyoson Nuhun tufanı təzədən başlanır! - deyə Qüdrət
qaşqabağına sallayıb irəliyə baxa-baxa udqundu. - Ayrı yoldan sürəy
din de...
- Hər yer belədir, yoldaş Qüdrət, bir az gözləsək yaxşıdır.
Onlar iyirmi dəqiqədən çox dayanıb dinm əz-söyləm əz gözlədi
lərsə də, havanı çulğatnış toz buludu seyrəlmədi:
- Yavaş-yavaş
süt
gedək.
M - 1 hərəkətə gəldi. Qüdrət yana tərəf baxa-baxa şoferə komanda
vermoyo başladı: - Bir az sağa, bir az sola, dayan, gözüm yolu seçmir,
hə, sür, aha, hava açılır. Yol görünondo sürətini artır. Bax, belə, aha...
Onlar asfalt yola çıxdılar. Burada toz seyrok idi. Ətraf görünməsə
də, yolu seçmək olurdu. Nəhayət gəlib sahilə çıxdılar. Həmişə adam-
lann daldalandıqları balaca otağa girdilər.
Qüdrətin əmrilə buraya toplaşmış kapitanlar öz aralarında ucadan
danışır, mübahisə edirdilər. Qüdrət, yalnız bəzi sözlorı aydın eşidir,
söhbətin dəniz səfərinə aid olduğunu başa düşürdü. Mübahiso edənlər
hələ do onu görmədikləri üçün bir-birlərinin sözünü kəsir, bütün gü
nahları fırtına zamanı buruğu tərk etməyən ustaların boynuna atırdılar.
Dostları ilə paylaş: |