Yaxşı olar ki, gedib başqa bir işlə məşğul olasan” - Qüdrət bir xeyli kiriyib yenə fikirləşdi və sonra: - Yoldaş Mirzəyev! - dedi, - sizdən yalnız bir xahişim olacaq. - Buyurun! İndi men sizə tabeyəm (Mirzəyevin səsindən xətrinə dəyilmiş bir adam incikliyi duyulurdu.) Qüdrət dedi: - M əsələ onda deyil. Xahişim budur ki, 107-ci buruqda Minaye- vin ixtirasını imtahandan keçirirlər. Mənim maşınımla ora gedin, göz yetirin! “Başlandı!” deyə Mirzəyev Qüdrətin qəsdən ixtiradan söz saldığı nı, çoxdan hazırladığı intiqamın başlanacağım bilib, ona qarşı ürəyin də baş qaldıran kin və qəzəbini boğmağa çalışdı: - Rica edirəm, - deyə Qüdrət ona mehriban bir nəzərlə baxdı, axı siz hər halda texnika sahəsində hazırlıqlı adamsınız. Əgər o ixti ranın kiçik bir qüsurunu de göstərsəniz, böyük köməkdir. Mirzəyev bu sözlərdə ve onların ahəngində nə qədər intiqam ni daları axtardısa da, heç bir şey tapa bilmədi. Qüdrətin yalnız səmimi 277 C 2 V
bir yoldaşlıq xahişi elədiyini başa düşdü. Qüdrət barədə tamam yanıl dığını görüb, belə adamlara qarşı münasibətində nahaq yerə qabalıq göstərdiyini birdon-birə etiraf etməyə məcbur oldu. - Gedərəm, mütləq gedərəm! - dedi, - Çox sağ olun, yoldaş Mirzəyev. Bir dost kimi əl ə lə verib işlə yəcəyik, deyilmi? - Əlbəttə! Bu artıq səmimi bir vəd idi. O, kabinetdən çıxandan sonra Qüdrət öz-özünə deyirdi: “Axı nə üçün o belədir?” Bu anda içəri girən Bədirli onun fikir sapını qırdı: - Yemək düzəlib. Aparan lazımdır. Bu saat gedərik, - deyə Qüdrət şəhər telefonu ile evinə zəng elə di: - Ana, Şirmayı hanı? Gələndə deyərsən ki mənə zəng eləsin. Xe