Usta özü Jüdrətə zəng eləyib, onu bu fikrindən daşındırmaq istə di, Ancaq birdən ona elə gəldi, briqada üzvlərindən kim isə öz yanında şikayətlənib narazılığını bildirdiyi üçün, Qüdrət bu tədbiri görməyə məcbur olmuş, kimin isə həyatını təhlükəyə atmağa hazırlaşır. - Qızım, deyə Ramazan Lətifəyə diqqətlə nəzər saldı, - bəlkə uşaqlardan ona zong eləyən olub? - inanmıram, usta. Men ki görməmişəm, - deyə Lətifə, müqossir adamlar kimi, gözlərini yerə dikdi. Qoca usta, dörd gündən bəri aramsız işləyən dostlarına nə isə de m əyə hazırlaşaraq, mexanizmləri dayandırmaq əmri verdi. Buruğa sükut çökəndə, hamını yanma çağırdı, oturmalarını xahiş elədi. - Görünür usta iclas çağırır, - deyo Tahir də Cəm illə bərabər gəlib Ramazanın böyründə oturdu. Boran başlanan gündən bəri bir dəfə də ustanı qaşqabaqlı gör məmiş fəhlələr, onun pərt olduğunu dərhal hiss edib, təəccübdən böyümüş gözlərini ona dikərək, bu pərtliyin səbəbini öyrənməyə tə ləsdilər. Amma o, gah yerə, gah da briqada üzvlərinə baxır, dinmirdi: “Yəqin zəng eləyən olub, yəqin şikayətlənən olub” deyə düşünürdü: “Çətindir, əlbəttə çətindir. Ancaq bu çovğunda kim dənizə çıxsa, qərq olacaq. Dözmək yaxşı deyilmi?” - Ay uşaqlar, - deyə nəhayət Ramazan dilləndi, - mənim sözüm yoxdur, siz deyin, mən qulaq asım: - Yemək gətirilsin, ya yox? Bu süal hamıya qoribə göründü: imkan varsa, nə üçün gətirilmə sin? Dörd günlük ağır işdən sonra hamını gücdən salmış bu aclığı döz mək bəs deyilmi? Vasilyev dostunun fikrini hamıdan ə w ə l başa düşdü: - Gətirilsin, Ramazan İsgəndəroviç, əlbəttə gətirilsin! Uşaqların rənginə bax. Heydərlə Qrişanın bir boruya gücü çatmır. Taxta qırıntı ları Cəmilin gözünə çörək qırıntıları kimi görünür. Tahir dənizi bulud