- Tahir, qayıt!.. - deyə Vasilyev onu da geri çağırdı. Lakin Tahir onun sözünə baxmayıb, odun, tüstünün içində radio cihazını axtarmağa başladı. Birdən o, üstünə su calandığını hiss edib, diksinən kimi oldu, amma yenə də axtarıb nəhayət cihazı tapdı. Bu dəmdə yüyürə-yüyürə su daşıyan Lətifənin nələr düşündüyü nü tesvir etmək çətindir. Yalnız buuudemək mümkündür ki, o, Tahirin alov İçərisinə şığıdığını görəndə, ürəyinin yerindən qopduğunu hiss edir, vedrə ilə qayıdanda qorxu və həyəcandan böyümüş gözlərini bir an belə Tahirin atıldığı nöqtədən çəkmir, özü irəliyə sıçrayıb onu qur tarmaq istəyir: “Yandı, yandı!” deyib ah-uf edirdi. Birdən hamı əlində radio cihazı tutmuş, üz-gözü pörtmüş Tahiri gördü. Onun paltarı tüstülənirdi. Alnından, yanaqlarından tər damcıla rı axır, tüstüdən yaşarmış gözləri parıldayırdı. Cəmil vedrə dolu suyu onun üstünə töküb, paltarının yanan yerlərini söndürdü. Nəhayət cavanlar cərgəyə düzülüb vedrəni əld ən -ələ verir, elə sürətlə işləyirdilər ki, yanan yerə yaxın durmuş Vasilyev, get-gedə alovun azaldığını görür, cavanları yenə tələsdirir, özü ise suyu her dəfə lap dibə atırdı. On dəqiqə belə keçməmiş alov kəsildi. Qapqara v ə acı bir tüstü budkanı bürüdü. - Yenə su!.. - deyə Vasilyev dolu gələn vedrəni götürüb özünü içəri saldı v ə hələ de işıldayan nöqtələrə su səpm əyə başladı. İndi hamı tərini silir, yenə də bütün gücü ilə vıyıldayan küləyin qarşısında üşüdüklərini hiss edir, elə bil nədənsə çəkinib dinmirdilər. Vasilyev Lətifəyə üz tutdu: - Qız, sən bu budkanı kağız-kuğıızla nahaq bəzənilsən, — dedi, - bir az da gec gəlsəydik, anan bizi Bakıdan sürgün elətdirərdi. Lətifə dinmədi: alovun belo tez qalxmağı təkcə küləkdən deyil,