Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə353/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   349   350   351   352   353   354   355   356   ...   382
Sechilmish eserleri II cild

çörəyi açıb Tahirə verdi:
-D irild ik !..
Kəndir yenə geri çəkildi. Bu dəfə konserv qutusunu bağlayan ka­
pitan, əvvəlkindən do tuşqul atdı:
- E y-y-y, az yeyin ha, bir do gəlm əyəcəm , onsuz da mənim var-
yoxum qarnıma gedib...
İndi bütün briqada üzvləri Tahirlə Cəmilin dövrəsini bürümüş­
dülər.
Bu dəfə kəndirin ucuna uzun bir kolbasa bağlanmışdı. Kapitan
kəndiri yeno atanda, Tahir onu yerə düşhadüşdə tuta bildi. Uşaqlar
qaqqıltı ilə gülüşdülər.
- E y-y -y bircə arağı çatmır, özüm gətirmədim. Yoxsa yolda içib
balıqlara yem olardım.
Arada bir ət konservi də gəldi.
- Eh, bu olmadı, - deyə Tahir Qaşqabağını salladı və ucadan kapi­
tanı soslədi: - Bura bax, Abasquhı, əvvəlcə o qara çörəkdon ver
gəlsin, bu amerikan zir-zibilini sonraya saxla!
Kapitan, mahnılarını ürəkdən bəyəndiyi “aşıq Tahir’in könlünü
xoş eləmək üçün:
- Ala!.. - deyib, iri qara çörəkdən birini də tulladı.
Usta Ramazan uzaqdan-uzağa kondirin atılmasına tamaşa edir,
işindən, hərəkətindən daima narazı olduğu kapitanın hünərini ürəyin-
de tərifləyirdi: “Əl boyda lodkanı bura sağ-salamat gətiribsə, deməli,
qoçaq oğlandır!’1
287 < 3 V


Kapitan, elə bil bundan xəbər tutub şestle döşünü qabartdı, Rama­
zanı çağırdı:
- Ay usta ey, ömrümdə səndən bir yaxşı söz eşidəcəyəm , ya yox?
Ramazan onun neyə işarə elədiyini bilirdi. Doğrudan da qoca onu
bir dəfə də tərifləməmişdi. Amma indi gülə-gülə dedi:
- Daha sənlə barışacağam. Sağ ol!
Kapitanın atdığı uzun konserv qutusu buruğa çatmamış suya düşdü.
Kəndiri geri çəkəndə qutunun üstündəki kağız havada qanad çalırdı.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin