- Elər, elər... - qoca, Nişanın boşqaba çəkdiyi göyərti çığırtmasını qabağına qoydu və onun içərisindəki bütöv yumurla sarısını əzdi. - Mən dənizdə ilk buruğu qoyanda qulağıma səs dəyirdi ki, “səksə- nində öyrənən gorunda çalar”. Amma indi onuncunu təhvil verirəm. Cəmisi beş gün qalıb... Deməli, qəbirdə çalmadım. Mən onu demirəm, təzə Abşeronu deyirəm. - Olsun da... Mən əlimdən gələni eləyəcəyəm . Demirsən beş illik plan? Allah qoysa üç aydan sonra mən əllinci ilin planını dolduracağam. 268
Qoca yem əyə cumdu. İşləyəndə da, yeyəndə də əjdaha idi. İki şa palaqda payının yarısını ötürdü. Muzey yaxşı şeydir. Gedib baxmışam. Onu mənsiz düzəldiblər. Amma burada mənsiz bir iş olsa, bağrım çatlar. - Elə bu nefti də sənsiz bacararlar. Bax, Ramazan bunuheç təsəvvürünə gətirə bilmirdi: - Mənsiz?! - deyə o, əsəbi bır tərzdə yerində qurcalandı və tezcə də yumşaldı. - Mən demirəm ki, bacarmazlar. M ənim dediyim odur ki, arzum ürəyimdə qalmasın. Telefonun zəngi cingildədi. Dəstəyi Nailə götürdü. - Bəli, evdədir. Bu saat? Ramazanı çağırdılar. O, ütü altından yenicə çıxmış ağ salfetlə do dağını silib ayağa qalxdı. D əstəyi qulağına tutan kimi gözləri böyüdü: - Gəlməyim? Bu nə sözdür? Danışan Vasilyev idi. Lətifədən qocanın buruğa gəlm əyə hazırlaş dığını biləndə narazı qalmışdı: “Bu saat linkora də minsən, batarsan” deyirdi. - Bah, batarsan!.. Həştərxana benzin aparanda dəniznən buludu bir-birindən seçmək olmurdu, bəs onda niyə batmırdım?.. İndi qoca yam? - Ramazan əlini havada tovladı: - Heç uşaqlara demisonmi beş gün qalır? Bir də de!.. Baxım, görüm... Hə, sağ ol!.. O yenə öz yerində oturdu. Paşa onu fikrindən daşmdırmaq xəyalı