nəzər saldı. Elə bil qüllə əvvəlkindən ikiqat hündür olmuşdu. Tahir qorxsa da, ustanın təklifindən boyun qaçırmağı özünə ar bildi- Nəha yət o, “ölmək-ölməkdir, xırıldamaq nə deməkdir?” fikrilə, qəti vo cəld addımlarla fəhlələrdən aralanıb yuxarı dırmanmağa başladı. 60
Ustanın da, o biri fəhlələrin də gözü Tahirdə idi. O iki-üç metr qalxdıqdan sonra dönüb yerə baxdı v ə yenə tərəddüd göstərdi. Lakitı artıq gec idi. İndi geri dönmək heç mümkün deyildi. Aşağıdakı fəhlə lərin gülə-gülə baxdıqlarını görüncə, tez cəsarətini toplayıb yenə dır mandı. - Bala, o heç kənddə alma ağacma dırmanmayıb, tut çırpmayıb yəni? - deyə Usta Ramazan Tahirin tərəddüdünə işarə edib Cəmildən soruşdu. Tahirin hər addımına başqalarından daha çox diqqətlə göz yetirən Cəmil, elə bil Tahirin ovəzinə həyəcanlanır, kəsik-kəsik nəfəs alirdt. Ustanın sualını eşidəndə belə o, dostundan gözlərini çəkməyib dedi: - Sənətinin adı nə idi? Tahir qüllənin tən ortasında dayandı. O, aşağıda dalğalanan mavi dənizi görəndə ixtiyarsız olaraq gözlərini yumdu. İlk detə təyyarəyə minib yerdən ayaq üzən adamlar kimi o da içində nəyinsə qopub düş düyünü zənn edir, ürəyi hiddətlə v ə qorxu ılo döyünürdü. “Durduğum yerdə xətaya düşmədim? - D eyə sürotlə xəyalından keçirib, tez geri yə dönmək və qorxduğunu hamının yanında etiraf etmək istədi, ancaq yenə de yarı yoldan qayıtmağı şəninə sığışdırmayıb daha da sürətlə dırmandı. Bayaq Heydərin dayandığı yerə çatanda ətrafına baxındı. “O məni imtahan eləyir!” fikrilə, ürəyinə soxulan qorxu hissini inadla özündən rədd etməyə çatışır, gəldiyi kimi də sağ-salamat yerə düşə cəyinə özünü inandırırdı. Bu anda aşağıdan Ramazan səsləndi: - Hə qorxmursan ki?