mehriban adam hanı? Ancaq iş vaxtı zarafatla arası yoxdur. Bir də, axı, iki oğlu çoxdan cəbhəyə gedib, hələ heç biri qayıtmayıb... Deyəsən evdə de elə bununçun az-az olur. Yəqin arvadı səhər-axşam gözünün qorasını sıxır, qocanın da buna ürəyi tab gətirmir. Tahir, usta Ramazanın qaşqabaqlı olmağının əsil səbəbini başa dü şəndən sonra kədərləndisə de, ürəyində ona haqq verdi: “İki oğul qur ban vermək asan m əsələ deyil ki?” 66
Onlar gəlib cavan fəhlələrin ümumi yaşayış evinə çatanda, Tahir oturub anasına kağız yazdı. Salam-duadan sonra Bakını bacardığı qədor toriflodi. Tahir, Bakının Cəmil deyəndən min qat qəşəng oldu ğunu yazmağı özünə borc bilib, daha burada qaldığını anasına bildirdi və məktubun sonunda Bakıya yola düşən adamlarla sazını göndərmə sini xahiş etdi. Məktubu üçkünc büküb ünvanını yazandan sonra, ba laca otaqda Cəmilin çarpayısı ilo yanaşı qoyulmuş təzə çarpayıda uzandı. Lakin birdən-birə onun gözünə yuxu getmədi. İki-üç gündən bəri gördükləri və eşitdikləri bir-bir gəlib xəyalından keçdi v ə axırda o, yenə Lətifəni xatırladı: - Cəmil, onların evi haradadır? - Kimin? - Lətifəgili deyirəm... - Necə məgər? Aşna, deyəsən bir dəfə görməknən aşiq olmusan? - Yox, canım elə-b elə soruşuram. - Tahir etiraz etdisə də, ehtiyat sızlıqdan bu barədə çox tez söz açdığı üçün utanıb yanaqları qızardı. Cəmil gülüb zarafata saldı: - Əlbət ki. Ə vvəlcə elə-b elə soruşarsan, bir azdan sonra tanış olar san, teatra, kinoya apararsan, lap axırda da ürəyini açıb deyorsən. Sənin işin asandır. Özün yaxşı saz çalıb-oxuyan, bir qucaq da söz bi- lirson. - Hə, indi deyəcəksən ki, sazı da bundan ötrü sifariş eləyirəm? Cəmilin sir-sifəti ciddi bir ifadə aldı, qaşlarının arası düyünləndi