tutqun qaşqabağı Tahirə o qədər də xoş gəlməmişdi. Onun çox acıqlı bir adam olduğunu yəqin edən Tahir, birinci imtahandan sonra da Ba kıda qalıb-qalmayacağını qərarlaşdıra bilmədi. Bütün gecə növbəsində 63
İş gedən müddətdə Tahirin qocadan aldığı bu ilk intiba getdikcə daha da qüvvətləndi. Qoca bir dəfə də olsun onun üzünə mehriban bir nəzər salmadı və Tahirə elə gəldi ki, usta onun buruqda işləməsinə elə-belə, böyüyünün əmrini yerinə yetirmək üçün razı olmuş, əsil həqiqətdə isə, o, hər zaman Tahiri danlamağa, gözüm çıxdıya salmağa bəhanə axta racaq və öz xoşu ilə işdən boyun qaçırıb kendələrinə qayıtmağına səbəb olacaqdır. Əlbəttə, bu hal Tahiri çox həyəcanlandırırdı. Hor də qiqə nəinki yalnız cavanlara, hətta təcrübəli fəhlələrə do ucadan tən beh edən və tapşırıq verən usta, Tahirlə üz-üzə gələndə yenə eyni zəhmli gözlərilo bir an ona baxır v ə tez də ötüb o biri fəhlələrə yana şırdı. Tahir bu xüsusda Cəm ilə İşarə vurmaq istəyirdisə də, usta Ramazanın duyuq düşəcəyindən çəkinib dinmirdi. Buruq ustası müa vini Vasilyev Tahirin yaxınlığında uca səslə: - Ramazan İskəndəroviç! Bəsdir, yorğunsunuz, üç gündür yatma mısınız. Gedin, dincəlin! - deyəndo, Tahir onun tutqunluğunun səbəbi ni çox yorğun olmasında görüb, özünə təsəlli verdi və birdən Lətifənin istehzalı baxışlarını xatırladı. Qızın İri gözləri daha da böyüyüb Tahirin təsəvvüründə canlandığı zaman, ürəyində nə isə şirin bir arzunun oyandığını duyub, özünə təsəlli verməyə başladı və qoca ustanın ilk nəzərdə görünən kimi, sərt ve acıqlı bir adam olmadığına özünü inan dırmağa çalışdı. Bu andan sonra Lətifənin xəyalı onun gözləri qabağın dan getmir, bəzən daha da hündürdən guruldayan maşınların səsi və