radan və ne üçün gəldiyi ilə maraqlanan Tahir, elektrik lampalarının titrəşən işıqlarında onu oğrun-oğrun, amma çox diqqətlə süzdü. Qızın uzun, gur hörüyü sinəsindən aşağı sallanmışdı. Tünd abı parçadan gödək bir tuman, göy sətindən də iş köynəyi geymişdi. Döş cibində uclan iti qəddənmiş bir cüt qara karandaş, əlində isə qəzetə bükülmüş qalın bir kitab vardı. Tahir onu birdən tanıdı. Gənc fəhlələrin otağına Dadaşlı ilə bəra bər gələn, axşam də cavan fəhlələri kinoya aparan qız idi. Cəmili görəndə, ə, utancaq bir tərzdə gülümsünərək salam verdi. Sonra da Tahirin üst-başına baxıb, x ə fif bir tərzdə istehza ilə gülümsündü. D e yəsən qız da bunu tanımışdı. Onun nə üçün qımışdığını fikirləşəndə, Tahirin ürəyinə şübhə damdı: “Yəqin mənim üst-başıma gülür. Daha bilmir ki, iş paltarımı hələ almamışam”. Doğrudan da burada heç bir fəhlə Öz paltarında işləmir, Tahir kimi de palçığa bulaşmırdı, Lətifənin istehzası iki səbəbdən ola bilərdi: o, ya Tahirin nabələdliyinə, ya da səliqəli paltarını korlamağına gülürdü. Lətifə, deyəsən, Tahirin bir qədər tutulduğunu duyub, sifətini cid- diləşdirdi və ona ani bir nəzər salaraq, cəld aralandı. Tahir isə yerin dən tərpənməyərək, onun dalınca baxdı və uzun, gur hörüyün birinin də arxasından sallandığını gördü. Həmin qız olduğuna zərrə qədər de şübhəsi qalmadı. Sonra Cəmilə tərəf dönüb, yalnız onun eşidəcəyi bir səslə xəbər aldı: Ogünkü qız deyil? - Hə... Özüdür ki, var, necə məgər? - O burada işləyir? - Hə... Tahir Lətifəyə lap yaxından, doyunca tamaşa etmək istədi. Ancaq bu mümkün olmadı. Bir azdan sonra Lətifə buruğa yan alan balaca bir qayıqla sahilə yola düşdü. Doğrusu, Cəmil Tahiri usta Ramazanın yanına gətirəndə, qocanın