bilməzsən. Səməndər, bütün yorğunluğunu unutmuş kimi, yerindən quş surə tilə sıçrayıb, özünü pendir-çörəyin üstünə atdı. Sonra hamı “Xanlar” tamaşasında Tahirlə Cəmilin mübahisəsinə səbəb olan mətləbdən da 71
nışmağa başladı. Səməndər Cəmilin pendir-çörəyini ycso do haqqın tərəfini saxladı: - Aşna, Tahir düz deyir. Xanlar kimi oğlanı Mehriban niyə istəm ə sin axı? Fəhlə olanda nə olar? Fəhlənin Allahı yoxdur bəyəm? 4
Bu hadisədən üç gün sonra Tahir küçədə Lətifəyə rast gəldi. On ların gözü bir-birinə sataşdıqda, Lətifə ayaq saxlayaraq, Tahirə nə isə demək İstədiyini hiss etdirdi, dərhal da ona yanaşdı. - Salam, Tahir! - Salam! Əl tutuşdular. Qızın uzun kirpikləri arasmdan parıldayan iri gözlə rində Tahirin bir neçə dəfə gördüyü istehzalı təbəssümdən artıq heç bir-iz qalmamışdı. O gülümsəyirdisə do, bunun başqa bir səbəbdən irəli gəldiyi indi Tahirə büsbütün aydın idi. Bu səbəbi də Lətifə tezcə açıb söylədi: - Bu gün səhər Qüdrət İsmayılzadə buruğa gəlmişdi. Səni xəbər alırdı. - N e üçün? - N ecə nə üçün? Maraqlanırdı. Səndən xoşu golib... Ustaya səni bərk tərifləyirdi. - Doğrudan? N ə deyirdi axı? Tahirin gözləri necə bərəldisə, qızı gülmək tutdu: - Deyirdi, atan bizim ordu geri çəkiləndə ürəyi bu dordə tab gətir- rqoyib, Allah rəhmətinə gedib. - Daha bunun harası tərif oldu ki? Yəqin İsmayılzadə atamı qorxaq hesab eləyir də. Axı, menə deyən gərək niyə belə şeyləri danışıb, ki şini biabır eləyirsən? - Niyə biabır olur ki? Yəqin vətənimizi çox sevirmiş də... Tahir şübhə və tərəddüdlə bir neçə an sükut edib, sonradan-sotıraya