Cəmil öz fikrinin üstündə möhkəm durur, təkrar edirdi: - Yox, Mehriban çox göyçək qızdır. Əgər xasiyyətlərini götürsən, Söhbətlə Mehriban bir-birinə daha yaxındır. Bir də, Mehriban Xanla rı yox, Söhbəti daha çox tanıyırdı. Çünki Söhbet onların evinə daha tez-tez gəlib gedirdi. - N ə olsun ki! B əzən bircə dəfə görmək do bəs eləyir. Cəmil güldü: - Bunu sən mondən yaxşı bilərsən. Bir dəfə görməklə Lətifəni... Tahir bərk tutulub qızardı. Hətta onun sifətində tünd ləkələr də əm ələ gəldi: - Bax, m ənə sataşma ha! - dedi. - M ən tamaşadan danışıram, Lətifədə işim yoxdur. Cəmil əlilə havanı yararaq, qəti bir ifadə İlə dedi: - Uzun sözün qısası, Xanlar kimi qəhrəman bir fəhlə heç vaxt o cür fınt-fıruşka qızı sevməzdi. - Yox, aşna, Mehriban çox gözəl qızdır. Ona elə demək lap insaf sızlıqdır! Mübahisə qızışanda qapı açıldı, işdən qayıdan Səməndərlə Bilən- dər İçəri daxil oldular. Onlar iş paltarlarını çıxartdılar, səliqə ile qatla yıb çarpayılarının ayaq tərəfindən asdılar Səməndər şişman qarnını irəli verib soruşdu: Hə, teatra getdiniz? - Getdik, - deyə Tahir Səməndərə baxdı v ə onun həris-həris pa rıldayan gözlərindən bu günkü tamaşa ile deyil, yem əyə bir şey olub- olmaması ilə daha çox maraqlandığını duydu. Səməndər müqəddiməni o qədər də uzatmadı və yorğun halda çarpayıya oturdu. - Bufet zəhrimar bağlanıb, yem əyə nəyiniz var? - deyə səsinin ahəngini bir az xəfıfləşdirerək xəbər aldı. Cəmil pəncərənin qabağından qəzetə bükülmüş pendir-çörəyi gö türüb ona uzatdı. - Al yazıqsan. Bu gün zalım qızı bufeti heç açmayıb. Yaxşı ki, bunu səhər yeməyindən saxlamışam. Yoxsa ilan vuran yatar, sən yata