Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


Cəmil öz fikrinin üstündə möhkəm durur, təkrar edirdi



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə82/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   78   79   80   81   82   83   84   85   ...   382
Sechilmish eserleri II cild

Cəmil öz fikrinin üstündə möhkəm durur, təkrar edirdi:
- Yox, Mehriban çox göyçək qızdır. Əgər xasiyyətlərini götürsən,
Söhbətlə Mehriban bir-birinə daha yaxındır. Bir də, Mehriban Xanla­
rı yox, Söhbəti daha çox tanıyırdı. Çünki Söhbet onların evinə daha
tez-tez gəlib gedirdi.
- N ə olsun ki! B əzən bircə dəfə görmək do bəs eləyir.
Cəmil güldü:
- Bunu sən mondən yaxşı bilərsən. Bir dəfə görməklə Lətifəni...
Tahir bərk tutulub qızardı. Hətta onun sifətində tünd ləkələr də
əm ələ gəldi:
- Bax, m ənə sataşma ha! - dedi. - M ən tamaşadan danışıram,
Lətifədə işim yoxdur.
Cəmil əlilə havanı yararaq, qəti bir ifadə İlə dedi:
- Uzun sözün qısası, Xanlar kimi qəhrəman bir fəhlə heç vaxt o cür
fınt-fıruşka qızı sevməzdi.
- Yox, aşna, Mehriban çox gözəl qızdır. Ona elə demək lap insaf­
sızlıqdır!
Mübahisə qızışanda qapı açıldı, işdən qayıdan Səməndərlə Bilən-
dər İçəri daxil oldular. Onlar iş paltarlarını çıxartdılar, səliqə ile qatla­
yıb çarpayılarının ayaq tərəfindən asdılar Səməndər şişman qarnını
irəli verib soruşdu:
Hə, teatra getdiniz?
- Getdik, - deyə Tahir Səməndərə baxdı v ə onun həris-həris pa­
rıldayan gözlərindən bu günkü tamaşa ile deyil, yem əyə bir şey olub-
olmaması ilə daha çox maraqlandığını duydu.
Səməndər müqəddiməni o qədər də uzatmadı və yorğun halda
çarpayıya oturdu.
- Bufet zəhrimar bağlanıb, yem əyə nəyiniz var? - deyə səsinin
ahəngini bir az xəfıfləşdirerək xəbər aldı.
Cəmil pəncərənin qabağından qəzetə bükülmüş pendir-çörəyi gö­
türüb ona uzatdı.
- Al yazıqsan. Bu gün zalım qızı bufeti heç açmayıb. Yaxşı ki,
bunu səhər yeməyindən saxlamışam. Yoxsa ilan vuran yatar, sən yata

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin