maşaya baxdığını unudub, yerindən sıçramaq, yüyürmək və anaya qamçı vuran o alçaq polisi əzişdirmək istədi. Ana, ağır zərbələrin ağ rısından iztirab çəkəndə, Tahir dözə bilmədi, yerindən qalxmaq istədi. Cəmil: - Neyləyirsən? - deyə ona teatr salonunda olduğunu xatırlatdı. Ə vvəlcə ananın çəkdiyi məşəqqətlərdən bu qədər həyəcana gələn Tahir, bir azdan sonra, onun, əlacsızlıqdan qonaqla yoldaşlarının giz ləndiyi yeri nişan verəcəyindən qorxmağa başladı. Ana son qüvvətini toplayıb jandarmlara cavab verondə, salon dərin bir sükuta qərq oldu. Onun sözləri Tahirin ürəyini sonsuz bir qürur və sevinc hissilə doldur du. O, elə bil Tahirin sevə-sevə oxuduğu bayatılardan birini deyirdi: Fələyin zindanı küreyimdədir, Zalımın zənciri biləyimdədir. Qonağın yerini soruşursunuz? Yann ürəyimi, ürəyimdədir. Bu çözləri Tahir dərhal əzbərlədi və ananın mərdliyinə hamı ilə birlikdə ucadan əl çaldı, Xanların yaralandığı səhnə və dəfn mərasimi Tahirin könlündə si- lipməz bir iz buraxdı. O, tamaşa salonundan çıxıb evə çatıncaya qədər bu barədə Cəm illə söhbət elədi. Əsər haqqında eyni rəyə gəlsələr də, bir m əsələ onlann arasında mübahisəyə səbəb oldu. Cəmil, Xanlar kimi bir fəhlənin dövlətli ailə sində yaşayan Mehribana vurulduğunu düzgün saymırdı. O, iddia edir di ki: - Qız nahaq yerə doktor Söhbəti xoşlamır, onların ürəyi bir-birinə daha yaxındır. Tahir isə bununla razılaşmır: - Yox, düz fikir deyil! - deyirdi. - Qız Xanların mərdliyini sevir. Xanlar kasıb olanda nə olar1? Mohəbbət elə şeydir ki, o adamın dövlət- li-kasıblığma baxmaz. Mehriban görür ki, doktor Söhbət, Xanlar qədər onu istəyə bilməz. 70